Cahangir Zülfüqarov

Vikipediya saytından
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:59, 26 avqust 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Cahangir Zülfüqarov
Ümumi məlumatlar
Doğum tarixi 31 oktyabr 1955(1955-10-31) (68 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Oqtay Zülfüqarov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar

Cahangir Oqtay oğlu Zülfüqarov - Kino bəstəkarı, əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri.

Həyatı

Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin «Qar qız», Kamal Aslanovun «Şərq nağılı», «Göy saqqal», Həsənağa Hüseynovun «Saz əhvalatı», Bertolt Brextin «Kuraj ana», Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar», Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz», Namiq Ağayevin «Oxay və Əhməd», Rəhman Əlizadənin «Damdabaca», «Tıq-tıq xanım», «Maymaq», «Dəcəl çəpişlər belə-belə işlər», Ələkbər Hüseynovun «Səadət quşu» və «Möcüzəli tamaşa», Tofiq Ağayevin «Qoçaq Əhməd», Xanımana Əlibəylinin «Ləpələrin nağılı», Nicat Kazımovun «Ələddin», Şarl Perronun «Qırmızı papaq», Cani Rodarinin «Çipollino» və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.

Axırıncı işlərindən biri onun "Qala" filminə bəstələdiyi musiqidir. 9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2]6 may 2016-cı ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. İthaf (film, 1990)
  2. Qala (film, 2008)
  3. Qısa monoloqlar (film, 2003)
  4. Pirə qayıdan yol (film, 1994)

Şəkil

Fayl:Cahangir Zulfuqarov.jpg

İstinadlar

  1. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mənbə

Həmçinin bax