Qala (film, 2008)

Bu məqalə Qala filmi haqqındadır. Digər mənalar üçün Qala (dəqiqləşdirmə) səhifəsinə baxın.

Qala — Rejissor Şamil Nəcəfzadənin filmi.[2]

Qala
Fayl:Qala (film, 2008).jpg
Janr dram
faciəvi komediya
Rejissor Şamil Nəcəfzadə
Ssenari müəllifləri Şamil Nəcəfzadə
Ramiz Rövşən
Baş rollarda Rasim Balayev — Soltan
Firəngiz Mütəllimova — Nazpəri
Sona Mikayılova — Əsli
Operator Kənan Məmmədov
Bəstəkar Cahangir Zülfüqarov
Rəssamlar Arif Məhərrəmov
Əziz Məmmədov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 2 avqust 2008, Bakı
Filmin növü tammetrajlı bədii film
Müddət 83 dəq.[1]
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2008
Texniki məlumatlar 35 mm
Rəng rəngli
Çəkiliş yeri Bakı
IMDb ID1334469

Hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Dağların arasında ucqar bir kəndin yaxınlığındakı bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç vaxt təslim olmayıb.

Kəndə film çəkən qrup gəlir. Burada olan tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikmişlər. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər.

Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır. Deyir ki, nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovalayacaqlar.[3]

Filmin nüsxəsi İranda çıxarılmış, səs yazılma prosesi isə Moskvada həyata keçrilmişdir. "Dolbi stereo" səs sistemi ilə yazılmışdır.

Kütləvi səhnələrdə kənd camaatından istifadə olunub.

Şamil Nəcəfzadə filmin süjetini hələ 1991-ci ildə yazmışdı.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Şamil Nəcəfzadə
Ssenari müəllifi: Şamil Nəcəfzadə, Ramiz Rövşən[4]
Quruluşçu operator: Kənan Məmmədov
Quruluşçu rəssam: Arif Məhərrəmov, Əziz Məmmədov
Bəstəkar: Cahangir Zülfüqarov
Rejissor: Akif Rüstəmov
Rejissor assistenti: Murad Muradov, Günel Nəcəfzadə, Natiq Əliyev
Geyim rəssamı: Şahin Həsənli (rəssam)
Qrim rəssamı: Elbrus Vahidov
Prodüser: Xamiz Muradov, Rauf Atamalıbəyov, Timur Vaynşteyn
İcraçı prodüser: Arif Səfərov
Musiqiçilər : Tar — Sahib Paşazadə, Kamança — Toğrul Əsədullayev
Rasim Balayev — Soltan kişi
Vidadi Həsənov — Əbil müəllim
Yuliya Peresild — Qalina
Məmmədağa Əlilicanzadə — Xanbala
Məbud Məhərrəmov — Rafiq müəllim
Elman Rəfiyev — Seyid
Sona Mikayılova — Əsli
Yuri Baliyev — Nikolay
Firəngiz Mütəllimova — Nazpəri
Qorxmaz Əlilicanzadə — film direktoru
Alyona Zinovyeva — Marina
Pərviz Məmmədrzayev — Osman
Zümrüd Qasımova — aktrisa
Əsgər Rəhimov — aktyor
Qurban İsmayılov — zabit
Rasim Cəfərov — kepkalı oğlan
Ədalət Ziyadxanlı — rəhbər işçi
Əvvəlki:
Qafqaz
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film
2008
Sonrakı:
Sahə
  1. IMDb (ing.). 1990.
  2. Milli kinomuzun 110 yaşı: Bu münasibətlə “Qala” filmi nümayiş olunacaq: [Rejissor Şamil Nəcəfzadənin eyni adlı filmi] //Bizim yol.- 2008.- 2 avqust.- S. 15.
  3. Azər N. Şamil Nəcəfzadənin “Qala”sı: [Rejissorun eyni adlı filmi haqqında] //Mədəniyyət.- 2008.- 21 avqust.- S. 13.
  4. Mükərrəmoğlu, M. Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyik: [Kinorejissor Şamil Nəcəfzadənin Ramiz Rövşənlə birgə yazdığı ssenari əsasında çəkdiyi “Qala” filmi haqqında] //Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 8.
  • "Qala" //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 8.
  • Mükərrəmoğlu, M. “Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyik: "Qala" filmi haqqında bəzi ştrixlər” //Xalq qəzeti.-2010.- 24 yanvar.- səh. 8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]