Faizlər razılaşması

Vikipediya saytından
Asdanali (müzakirə | töhfələr) (Kateqoriya:İkinci dünya müharibəsi əlavə olundu HotCat) tərəfindən edilmiş 22:08, 1 dekabr 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Razılaşmanın surəti

Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri bu xüsusi müzakirələrdən kənarda qaldı.

Razılaşma

1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Uinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir. Təklif tərcümə olunduqdan sonra Çörçill:

"Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir.

İki ölkəni xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının BolqarıstanMacarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.

Stalin razılaşmaya uyğun olaraq, vətəndaş müharibəsi edən yunan kommunistlərinə kömək etmir. ABŞBöyük Britaniyadan yardım alan yunan höküməti vətəndaş müharibəsindən qalib çıxır.

Ölkələr Sovet İttifaqı Böyük Britaniya
Bolqarıstan Bolqarıstan 75% 25%
Yunanıstan Yunanıstan 10% 90%
Macarıstan Macarıstan 50% 50%
Rumıniya Rumıniya 90% 10%
Yuqoslaviya Yuqoslaviya 50% 50%