Faizlər razılaşması
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri bu xüsusi müzakirələrdən kənarda qalmışdı.[2][3]
Razılaşma
1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Uinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür.[2][4][5][6][7] Təklif tərcümə olunduqdan sonra Çörçill:
"Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir.
Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı.[5]
İki ölkəni xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Stalin razılaşmaya uyğun olaraq, vətəndaş müharibəsi edən yunan kommunistlərinə kömək etmir. ABŞ və Böyük Britaniyadan yardım alan yunan höküməti vətəndaş müharibəsindən qalib çıxır.
Ölkələr | Sovet İttifaqı | Böyük Britaniya |
---|---|---|
Bolqarıstan | 75% | 25% |
Yunanıstan | 10% | 90% |
Macarıstan | 50% | 50% |
Rumıniya | 90% | 10% |
Yuqoslaviya | 50% | 50% |
Həmçinin bax
Xarici keçidlər
- The division of Europe, according to Winston Churchill and Joseph Stalin (1944)
- Excerpt from the book STALIN
- Geoffrey Roberts, Beware Greek Gifts: The Churchill-Stalin «Percentages» Agreement of October 1944
İstinadlar
- ↑ The document is contained in Britain's Public Record Office, PREM 3/66/7 (169).
- ↑ 1 2 Ryan, 1987. səh. 137.
- ↑ Holmes, Leslie. Communism: A Very Short Introduction. Oxford University Press Inc. 2009. səh. 25. ISBN 978-0-19-955154-5.
- ↑ Resis, 1978.
- ↑ 1 2 Rasor, Eugene L. Winston S. Churchill, 1874–1965: A Comprehensive Historiography and Annotated Bibliography. səh. 269.
- ↑ Rose, Norman. Churchill: The Unruly Giant. səh. 383.
- ↑ Cassimatis, Louis P. American Influence in Greece, 1917–1929. səh. 240.