Yapon kriptomeriyası

Vikipediya, azad ensiklopediya
II. Niveles (müzakirə | töhfələr) (düzenleme using AWB) tərəfindən edilmiş 18:17, 5 dekabr 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Yapon kriptomeriyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yapon kriptomeriyası, əsasən, Şərqi Asiya da, xüsusilə ÇinYaponiya da geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3-5 tozcuq kisəsindən ibarətdir. Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2-3 ensiz qanadla əhatə olunur. Toxum pulcuğunda 2-5 ədəd yumurtacıq olur. Örtücük pulcuqları isə toxuma birləşmiş vəziyyətdə inkişaf edir. Qozaları birinci il yetişir, oduncaqlaşmış, kürəşəkilli və ya yumurtavarı dəyirmidir, üzəri kələ-kötür, rəngi qəhvəyi, yumru və ya yumurtavarı, 2 sm uzunluqdadır, pulcuqları 4-5 dişli olur, toxumlarını tökdükdən sonra ağacda qalır. 10 yaşında meyvə verir. Tüzböyüyən, istisevən və kölgəyədavamlı ağac növüdür. Oduncağı rütubətə davamlıdır və texniki cəhətdən yüksək keyfiyyətə malikdir. Torpağa qarşı tələbkar deyildir. -18-20 0 C-yə qədər olan şaxtalara davam gətirir. Xiyabanlarda qrupla və tək-tək əkmək üçün istifadə edilən dekorativ ağacdır. Azərbaycan da Abşeron , LənkəranAstara rayonlarında mədəni şəraitdə becərilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

  1. Don Two new genera of the natural family of plants called Coniferae (ing.). // Annals of Natural History London: 1838. Vol. I, Iss. Number III. P. 234. ISSN 2634-0445