Yapon kriptomeriyası (lat. Cryptomeria japonica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kriptomeriya cinsinə aid bitki növü.
Yapon kriptomeriyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yapon kriptomeriyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əsasən Şərqi Asiyada, xüsusilə Çin və Yaponiyada geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3–5 tozcuq kisəsindən ibarətdir.
Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2–3 ensiz qanadla əhatə olunur. Toxum pulcuğunda 2–5 ədəd yumurtacıq olur. Örtücük pulcuqları isə toxuma birləşmiş vəziyyətdə inkişaf edir. Qozaları birinci il yetişir, oduncaqlaşmış, kürəşəkilli və ya yumurtavarı dəyirmidir, üzəri kələ-kötür, rəngi qəhvəyi, yumru və ya yumurtavarı, 2 sm uzunluqdadır, pulcuqları 4–5 dişli olur, toxumlarını tökdükdən sonra ağacda qalır. 10 yaşında meyvə verir. Tüzböyüyən, istisevən və kölgəyədavamlı ağac növüdür. Oduncağı rütubətə davamlıdır və texniki cəhətdən yüksək keyfiyyətə malikdir. Torpağa qarşı tələbkar deyildir. −18–20 0 C-yə qədər olan şaxtalara davam gətirir. Xiyabanlarda qrupla və tək-tək əkmək üçün istifadə edilən dekorativ ağacdır.
Azərbaycanda Abşeron, Lənkəran və Astara rayonlarında mədəni şəraitdə becərilir.