Türk (mifologiya)

Vikipediya, azad ensiklopediya
Abutalub (müzakirə | töhfələr) (→‎Orta əsrlərdə) tərəfindən edilmiş 20:12, 15 fevral 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Türk
Mifologiya Türk mifologiyası
Yer Türküstan
Adının izahı ərəb. Ət-türk
Cinsi kişi[d]
Atası Yafət
Əlaqəli personajlar Oğuz xan, Alaş xan

Türktürklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi.

Tarixi mənbələrdə qeyd edilməsi

Orta əsrlərdə

Peyğəmbərlərin və kralların tarixi. Təbəri

Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlarYəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir.[1] Təbəri (IX-X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir.[2] X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi.[3] Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.[4]

Rusiya tarixçisi Tatyana Kalininaya(ru) görə türklərin əminliklə Yafətin nəslinə aid edilməsi, çox güman ki, ərəb müəlliflərin özlərinin çıxartdığı nəticədir.[5]

Х əsrdə İtaliyada yazılmış "İosipponun kitabı"nda Yafətin nəvəsi Foqarmanın(en) 10 oğlunun adı çəkilir; onlardan birinin adı da Türkdür. "Ən qədim dövrdən bəri tatarların tarixi" kitabına görə burada xəzərlərdən ayrılıb, macarlara qoşulan türk tayfası kəbərlər nəzərdə tutulur.[6]

Yeni dövrdə

XIX Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Yafətin oğlu Türk haqqında belə yazırdı[7]:

" Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padişah idi. Bütün Yafəs nəslinin qəbilələri bunun adı ilə - türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, «Zəfərnamə»də isə Suluqay şəklində qeyd edilmişdir. "

İstinadlar

  1. Калинина, 2001, с. 96.
  2. Калинина, 2001, с. 92.
  3. Калинина, 2001, с. 93.
  4. Калинина Т. М. Арабские средневековые учёные о конткатах хазар и славян // Восточная Европа в древности и средневековье. — М., 1999. — С. 59.
  5. Калинина, 2001, с. 97.
  6. История татар с древнейших времен / Под ред. М. А. Усманова. — Казань: Рухият, 2002. — Т. I. — С. 303. — 551 с.
  7. Оразаев Г. М.-Р. Исторические сочинения Дагестана: на тюркских языках: тексты, комментарии. — Махачкала: Эпоха, 2003. — С. 87. — 332 с.

Ədəbiyyat

  • Калинина Т. М. Восточноевропейские народы в ряду генеалогических легенд средневековых арабских сочинений // Восточная Европа в древности и средневековье. — М., 2001.