Limit (iqtisadiyyat)

Vikipediya, azad ensiklopediya
Kholat Syakhl (müzakirə | töhfələr) (→‎Mənbə:) tərəfindən edilmiş 11:48, 28 aprel 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Limit - Hədd, sərhəd, məhdudiyyət, norma və bu kimi bir sıra sinonimləri olan bu termin maliyyə bazarlarında, əsasən, hər hansı bir kəmiyyətə müəyyən məhdudiyyətlər qoyulmasını ifadə edir. Bu baxımdan, aşağıdakıları misal gətirmək olar:

Broker limiti

Fond bazarında investorun, müştərinin öz brokerinə bazarda əməliyyat aparmaqla bağlı müəyyənləşdirdiyi ən yüksək və ən aşağı qiymət səviyyəsi. Bu limit brokerə investorun sahib olduğu maliyyə alətləri ilə, bir qayda olaraq, həmin qiymət aralığında alqı-satqı əməliyyatları aparmağa imkan verir.

Valyuta əməliyyatları limiti banka hər hansı xarici valyutada əməliyyat aparmaqla bağlı müəyyənləşdirilmiş hədd. Bu hədd xaricində əməliyyat qeydə alındıqda bank müvafiq institutlar tərəfindən sanksiya və cərimələrə məruz qala bilər.[1]

Dövlət borcunun limiti

Bir maliyyə ili ərzində dövlətin daxili və xarici iqtisadi subyektlərdən cəlb etdiyi borc vəsaitlərinin həcminin müvafiq hökumət orqanı tərəfindən müəyyənləşdirilən yuxarı həddi. Beləliklə, həm daxili, həm də xarici dövlət borcunun limiti ayrı-ayrılıqda müəyyənləşdirilir. Hökumətin müvafiq maliyyə orqanı tərəfindən bilavasitə özünün istifadəsi, yaxud öz adından cəlb edərək istifadəçiyə ötürmək məqsədilə və ya dövlət zəmanəti əsasında alınan kreditlərin həcmi həmin limiti aşa bilməz. [2]

Makro-iqtisadi limitləşdirmə

Dövlətin faktiki borc öhdəliklərinin əsas makro-iqtisadi göstəricilərə nisbətinin limitləşdirilməsi. Bu halda dövlət borcu limiti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Müxtəlif iqtisadi nəzəriyyələrdə dövlət borcu limiti ilə bağlı fərqli yanaşmalar mövcuddur. Hal-hazırda aparıcı beynəlxalq maliyyə institutları tərəfindən tövsiyyə olunan normalara əsasən xarici dövlət borcunun limiti hesabat ilində

ÜDM-nin 40%-i, əmtəə və xidmətlər ixracının 250%-i, xarici dövlət borcunun ödənişləri üzrə xərclərin məbləği ixracın 25%-i həcminə qədər qənaətbəxş hesab olunur. [3]

Kredit limiti

Bir qrup ölkələrdə bankın yerləşdirdiyi kredit vəsaitləri ilə bağlı hədd, limit. Bu limitə görə adətən hər hansı müştəri bankın şəxsi vəsaitlərinin 10%-dən çox həcmdə kredit vəsaiti əldə edə bilməz. [4]

Mənbə: