Kiçik ağdiş

Vikipediya, azad ensiklopediya
Qolcomaq (müzakirə | töhfələr) (→‎Yayılması) tərəfindən edilmiş 09:21, 2 may 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kiçik ağdiş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kiçik və ya xırda ağdiş (lat. Crocidura suaveolens) Yereşənlər fəsiləsinə (lat. Soricidae), çoxdişlilər (lat. Crocidura) cinsinə aid olan yereşən növüdür.

Xarici quruluşu

Kütləsi 4,8-10,2 qram, bədəninin uzunluğu 57,8-69,8 mm, quyruğu 34,8-40,0 mm,pəncəsi 11,0-12,1 mm-ə çatan xırda heyvanlardır [3].

Yayılması

İspaniyadan Koreya yarmadasına qədər Paleoarktikanın geniş ərazilərində yayılmışdır. Azərbaycanda az sayda fərdlər Kiçik və Böyük Qafqazda, LənkəranKür-Araz ovalıqlarında rast gəlinir. Meşələrdə, meşə çöllərdə, yarımsəhralarda yaşayır [4].

Həyat tərzi

Apreldən oktyabrın sonuna qədər çoxalır. Əksər dişilər bir mövsüm ərzində 2-3 nə-sil verir. Yazda balaların sayı yayda və payızda olduğundan çox olur. Xırda ağdişin əsas yemini böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, qarışqalar, ağcaqanadlar təşkil edir. Müxtəlif zərərli cücüləri məhv etməklə fayda verir[5].

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004
  4. Верещагин Н.К. Каталог зверей Азербайджана. Баку, Изд-во АН Азерб. ССР, 1942, 95 стр.
  5. Гошуналиев А.Г. Землеройки (Soricidae) Азербайджана \\ Автореф. дисс. канд.биол. наук.- Киев,1990, 22 с.

Xarici keçidlər

http://www.iucnredlist.org/details/29656/0Crocidura suaveolens