Ağ qızılbalıq

Vikipediya saytından
Ekoloq91 (müzakirə | töhfələr) (Yeni səhifə: {{Takson | adı = Ağ qızılbalıq | aləmi = Heyvanlar | şəkil = Stenodus nelma.jpg | şəkil məlumat = Stenodus leucichthys | şək...) tərəfindən edilmiş 11:08, 15 may 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ağ qızılbalıq
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
???:
Ağ qızılbalıq
Beynəlxalq elmi adı

Ağ qızılbalıq (lat. Stenodus leucichthys ) Chordata tipinin növüdür. Kosmopolit növdür. Qiymətli vətəgə balığıdır.

Xarakterik morfoloji əlamətləri

Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur.[2]

Yaşayış yeri və həyat tərzi

Yarımkeçici balıq olub dənizin (Xəzərin) şirintəhər suyu olan ərazilərində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqanın ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Erkək fərdlər 4-5, dişi fərdlər 5-6 yaşında cinsi yetkinliyə çatırlar. Fərdi inkişaf forması: rüşeym, sürfə, körpə, yetkin fərd.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

İki cinsli olub, kürü tökməklə çoxalır. Reproduktivliyin forması: kürü şəklində olur. Bir dəfəlik reproduksiyanın sayı: 104.5-400 min ədəd kürü, Reproduktivliyin periodu oktyabr-yanvar, Reproduktivliyin müddəti 180 gün, Generasiyanın sayı: ömrü boyu 2, az hallarda 3 dəfə olur. [3]

Yayılması

Dünyada bir növlə təmsil olunmuşdur. Azərbaycanda Xəzər dənizində yayılmışdır.

Sayı və limit faktorları

Az saylıdır. Limit faktorları kürüləmə yerlərinin sıradan çıxması, süni artırılmasının məhdudluğu, brokonyerlik.

Rasionu

Yırtıcı olub, balıq körpələri, cücü sürfəsi, mizidlərlə qidalanır. Bədənin uzunluğu 30 sm-ə çatdıqdan sonra yırtıcı həyat tərzinə keçir – başqa balıqların körpələri ilə qidalanır. Yaşlı balıqların qidasını çəkikimi, xanıkimi, balıqlar, xullar təşkil edir.[4]

Biomüxtəliflikdə rolu

Biomüxtəlifliyin bir kompanenti olub, su cücülərinin, mizidlərin populyasiyasının tənzimlənməsində iştirak edir.

İnsan həyatına təsiri

Ekoloji əhəmiyyəti: məlum deyil. Sosial-iqtisadi əhəmiyyəti qiymətli vətəgə və qida əhəmiyyətlidir. Elmi-mədəni əhəmiyyəti mühüm elmi-təkamül əhəmiyyəti daşı-yır. Ziyanvericilik xüsusiyyətləri vətəgə əhəmiyyətli balıqların körpələrini yeməklə ziyan vurur.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Təbii kürüləmə yerləri bərpa olunmalı, mühafizəsi gücləndirilməli, süni artırılmasının miqyası genişləndirilməlidir. BTMİ «Qırmızı Kitabına» daxil edilib.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Иванов В.П., Комарова Г.В. Рыбы Каспийского моря. Астрахань: Изд-во АГТУ, 2008, 224 с.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Летичевский M.A. Воспроизводство белорыбиц. M.: Пищевая промышленность, 1983, 112 с.
  5. Беляева В.Н., Казанчеев Е.Н., Распопов В.М. и др. Каспийское море. Ихтиофауна и промысловые ресурсы. М.: Наука, 1989, 236 с.
  6. Атлас пресноводных рыб России. М.: Наука, 2003. с. 160 - 163.

Həmçinin bax

Qızılağac siyənəyi

Sara siyənəyi

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Беляева В.Н., Казанчеев Е.Н., Распопов В.М. и др. Каспийское море. Ихтиофауна и промысловые ресурсы. М.: Наука, 1989, 236 с.