Mahir Hüseynov

Vikipediya, azad ensiklopediya
Culiana29 (müzakirə | töhfələr) (Yeni səhifə: {{iş gedir}} {{eyni ad-soyadlı|Mahir Hüseynov}} {{Alim |Adı = Mahir Hüseynov |Orijinal adı = Mahir Əli oğlu Hüseynov |Şəkil =...) tərəfindən edilmiş 10:22, 7 iyun 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mahir Hüseynov
Doğum tarixi 25 fevral 1951(1951-02-25) (73 yaş)
Elmi dərəcəsi
Təhsili

Mahir Əli oğlu HüseynovAMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, baş elmi işçi.

Həyatı

Mahir Əli oğlu Hüseynov 25 fevral 1951-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirib. 1971–ci ildə AMEA Zoologiya institutununSu heyvanlarının parazitləri” laboratoriyasında laborant kimi işə başlamışdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib. 19751979-cü illərdə Zoologiya institutunun qiyabi aspiranturasında təhsil almışdır. 1976 – ci ildə baş laborant, 1977–cı ildə kiçik elmi işçi, 1986–ci ildə elmi işçi, 1993-ci ildə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1983–cü ildə “Xəzər dənizinin Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində balıq və amfiblərin ibtidai qan parazitləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir, 2013-cü ildə isə 2429.01 parazitologiya ixtisası üzrə, mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilən “Azərbaycanda baliq, amfibi və su reptililərinin qan parazitləri (faunasi, sistematikasi, ekologiyasi və biologiyasi)” doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AMEA Zoologiya institutu nəzrində fəaliyyət göstərən D.01.071 Dissertasiya Şurasının üzvüdür. Hal-hazırda AMEA Zoologiya İnstitutundaParazitologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.

Elmi fəaliyyəti

Hüseynov M.Ə. laboratoriyada işlədiyi müddətdə aparılan elmi-tədqiqat işlərində yaxından iştirak etmiş, Azərbaycanda su hövzələrində yaşayan balıq, amfibi, reptilisu quşlarının qan parazitlərini öyrənmişdir. Apardığı tədqiqatlar nəticəsində 21 növ qan paraziti qeydə almışdır. Onun tərəfindən ilk dəfə iki tripanosom növü elm üçün, 18 növ qan paraziti isə Azərbaycan faunası üçün qeyd edilmişdir. M.Ə.Hüseynov tədqiqatları nəticəsində göstərilən su heyvanlarının qan parazitləri faunası müəyyən edilmiş, ekoloji və təcrübi tədqiqatlar davam etdirilərək bir sıra balıqamfibi tripanosomlarının həyat siklini gansoran zəlilərin orqanizmində öyrənilmişdir. Onun bəzi tədqiqatları Dağıstanın Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı institutununZoologiya institutunun əməkdaşları ilə birlikdə aparılmış, öz bacarığı və işgüzarlğı ilə kollektivinz etimadını qazanmışdır. M.Ə.Hüseynovunun 50 elmi məqaləsi Rusiya, Ukrayna, Qazaxıstan, AlmaniyaAzərbaycanın bir sıra aparıcı elmi məcmuələrində cap edilmişdir. M.Ə.Hüseynov 2014-cü ildən Ukrayna respublikasının Zaporojye Milli Universitetinin “Vestnik” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

Mükafatları

  1. М.А.Гусейнов. К изучению кровепаразитов озерной лягушки (Rana ridibunda Pall.) в Дивичинском лимане Каспийского моря. / Т.К. Микаилов // Изв. АН Азерб. ССР., сер.биол.н., 1979, вып.1, с. 70-72.
  2. М.А.Гусейнов. Экспериментальное заражение сазана жгутиконосцем Trypanosoma tincae. // Материалы 3-ей Закавказской конференции по паразитологии. Баку, 21-23 октября 1981, с. 22.
  3. М.А.Гусейнов. Фауна и экология кровепаразитов рыб Дивичинского лимана Каспийского моря. // Изв. АН Азерб. ССР., сер.биол.н., 1982, вып. 1, с. 60-63.
  4. М.А.Гусейнов. О развитии трипаносом и криптобий в пиявке Piscicola geometr. / Хайбулаев К.Х. // В кн: Современные проблемы паразитологии. Тезисы докладов 3 Всесозн. cъезда протозоологов. Вильнюс, 1982, с. 373.
  5. М.А.Гусейнов. К экспериментальному изучению вопросов биологии жгутиконосцев родов Trypanosoma Gruby, 1841 (Trypanosomidae Doflein, 1911) и Cryptobia Leidy, 1846 (Bodonidae Stein, 1878). / Хайбулаев К.Х. // Изв. АН Азерб. ССР., сер.биол.,н., 1982, т. 38, с. 87-91.
  6. М.А.Гусейнов. Кровепаразиты щуки и окуня Дивичинского лимана Каспийского моря. // Доклады АН Азерб. ССР, 1982, т.38, с. 66-68.
  7. Гусейнов М.А. Изучение развития трипаносом (Trypanosoma) и криптобий (Cryptobia) карпа и линя в пиявке Piscicola gtometra. / Хайбулаев К.Х. // «Паразитология», т. XIX, вып. 1. 1985, с. 75-77.
  8. Гусейнов М.А. Зоогеографический анализ паразитов рыб Малого Кызылагачского залива и Дивичинского лимана Каспийского моря / Ибрагимов Ш.Р. // VIII Всесоюзное совещание по паразитам и болезням рыб. Тезисы докл. Л., «Наука», 1985, с. 54-55.

Kitabları və monoqrafiyaları

Elmi əsərləri

İstinadlar

Həmçinin bax