Ağdam Dövlət Dram Teatrı
Ağdam Dövlət Dram Teatrı | |
---|---|
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı | |
Teatrın inzibati binası | |
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1902, rəsmi olaraq: 1968 |
Heyət | |
Direktor | Məmməd Hüseynov |
Bədii rəhbər | Ceyhun Yusifov |
Baş rejissor | Novruz Cəfərov (2017) |
Yerləşməsi | |
Ölkə | |
Yerləşir | Ağdam rayonu |
Ünvan | Ağdam şəhəri, Quzanlı qəsəbəs [1] |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri.[2]
Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır.
Tarixi
Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir.
1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq fərmanı ilə artıq Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlamış, 1969-cu il martın 26-sı və 27-də İ.Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi", B.Vahabzadənin "Vicdan" pyeslərinin tamaşası ilə Dövlət dram teatrı kimi fəaliyyətini davam etdirmişdir.
1994-cü ildən 2014-cü ilə qədər teatrın baş rejissoru Elxan Mikayılov,[3] 2014-2017-ci illərdə isə Sərvər Əliyev olmuşdur.[4] 2017-ci ildə Novruz Cəfərov teatrın baş rejissoru təyin edilmişdir.[5][6]
Repertuarı
Teatr fəaliyyətdə olduğu müddətdə S.Vurğunun "Vaqif", "Fərhad və Şirin", Urazbek Bakiyevin "Qaraqum" faciəsi, M.F.Axundovun "Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)", "Hekayəti-molla İbrahim kimyagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", S.S.Axundovun "Eşq və intiqam", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Pəri cadu", S.Rüstəmin "Qaçaq Nəbi", C.Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Solğun çiçiəklər", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", "Sənsiz", M.Lermontovun "İki qardaş" və bu kimi bir çox dramaturqların əsərlərinin tamaşasını hazırlamışdır.
Bu müddət ərzində müxtəlif illərdə teatrda respublikanın bir çox tanınmış rejissorları - əməkdar mədəniyyət işçisi Heydər Şəmsizadə, əməkdar mədəniyyət işçisi Rafiq Atakişiyev, əməkdar incəsənət xadimi Vaqif Şərifov, Ədalət Ziyadxanov, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov və başqaları çalışmışlar.
Aktyorlar
Qaflan Muradov, əməkdar mədəniyyət işçisi Məmməd Əmirov, əməkdar artistlər Narınc Məlikova, Qurban Mirzəyev, Simuzər Namazova, Tofiq Qarayev, Səkinə Süleymanova, Cəmilə Məmmədova, xalq artisti Svetlana Həkimova, aktyorlar İbrahim Yusifov, Vaqif Qasımov, Səyyaf Əlizadə, Fəqumə Yusifova, Aidə Qasımova, Kərim Həsənov, Suliddin Quliyev, Elşən Cavadov, Nizami Ələkbərov və digərləri çalışmış və indi də çalışmaqdadırlar.
Həmçinin bax
İstinadlar
- ↑ Bölgə teatrları
- ↑ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı
- ↑ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dövlət Dram Teatrı
- ↑ Sərvər Əliyev baş rejissor təyin edildi
- ↑ manera.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Manera.az. 03.10.2017. İstifadə tarixi: 2017-10-03.
- ↑ Kulis.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Kulis.lent.az. 03.10.2017. İstifadə tarixi: 2017-10-03.