Arvadım mənim, uşaqlarım mənim (film, 1978)

Vikipediya saytından
Vusal1981 (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:53, 19 noyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Arvadım mənim, uşaqlarım mənim
Fayl:Arvadım mənim, uşaqlarım mənim (film, 1978).jpg
Rejissor
Operator
İstehsalçı Azərbaycanfilm
İlk baxış tarixi 1978
Müddət 67 dəq.
Dil rus dili

Arvadım mənim, uşaqlarım mənim kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir[1]: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən QurbanovaKamil Məhərrəmov ifa edirlər.

Məzmun

Kinoalmanax 3 novelladan ibarətdir: "Toy", "Bağçada rahat yer" və "Arvadım mənim, uşaqlarım mənim".[1]

Toy: Kinonovella mənəvi təmizlik probleminə həsr olunmuşdur.[2]

Bağçada rahat yer: Kinonovella sadə peşə adamlarının vicdan təmizliyindən, əxlaqi keyfiyyətlərindən söhbət açır.[2]

Arvadım mənim, uşaqlarım mənim: Kinonovella müasir birgəyaşayış qaydaları barədədir.[2]

Film haqqında

Toy

Rollarda

Toy
Kazım Abdullayev — Şamil[1]
Hacı İsmayılov — bəy
Məlahət Salmanova — gəlin
Şahmar Ələkbərov — Şahmar
Məmmədrza Şeyxzamanov — Xan dayı

Bağçada rahat yer
Həsən Məmmədov — Məmmədəli[2]
Ofeliya Məmmədzadə — Solmaz
Şamil Süleymanov — Qəzənfər
İlham Namiq Kamal — MİS rəisi
Daşqın Turabov — Səməd
Elxan Cəfərov — Fazil

Arvadım mənim, uşaqlarım mənim
Gülşən Qurbanova — Güldəstə[2]
Kamil Məhərrəmov — Fazil[2]
Ramiz Əzizbəyli — Səfər
Eldəniz Zeynalov — inspektor

İstinadlar

  1. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.97.
  2. 1 2 3 4 5 6 7 Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.98.
  3. Tanınmış kinorejissor Nicat Feyzullayev - 70

Mənbə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218; 370.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1978-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə
[ Filmin musiqiləri (video)]
[ Filmin musiqiləri (audio)]