Kazım Abdullayev (6 aprel 1953, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).
Kazım Abdullayev | |
---|---|
Kazım Ənvər oğlu Abdullayev | |
Doğum tarixi | 6 aprel 1953 (71 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor, kino aktyoru |
Fəaliyyət illəri | 1976-cı ildən |
Təhsili | |
Mükafatları |
Kazım Abdullayev 1974-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirmişdir.
1976-cı ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub 1996-cı ilin yanvar ayına qədər orada çalışmışdır.
Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar bunlardır: (Cəfər Cabbarlı "Oqtay Eloğlu") Oqtay, (Hüseyn Cavid "Afət") Ərtoğrul, (Rüstəm İbrahimbəyov "Park") Marat, (Anar "Təhminə və Zaur") Muxtar, (Nazim Hikmət "Bayramın birinci günü") Şadi, (Nəriman Həsənzadə "Bütün şərq bilsin") Əzizbəyov, (Əkrəm Əylisli "Vəzifə") Nazim, (Rəşad Nuri Güntəkin "Müvəqqəti ər") Şərif, (Ş. Arif "Qınamayın məni") Kəlbi Kəhər, (O. Altunbay "Mehrişah") Altundaş, (Cəlil Məmmədquluzadə "Ölülər") Məşədi Oruc, Hacı Kərim, (R. Əlizadə "Doğmalar") Mehman, (A. Abdulin "13-cü sədr") Vəli Zakirov, (Cəfər Cabbarlı "Almaz") Fuad, (K. Kərimov "Çahargah fantaziyası") Teymur, (Çingiz Aytmatov "Əsrə bərabər gün") Əbutalib, (Abdulla Şaiq "Bir saatlıq xəlifə") Harun Ər-Rəşid, (G. Xuqayev "Varlı ev") Beçir, (Hüseyn Cavid "Uçurum") Cəlal, (Anar "Adamın adamı")Fağır Bağır, (C. Yusifzadə "Səhər qatarı") Manaf, (G. Bokarev "Poladəridənlər") Usta Valeri, (Nəbi Xəzri "Dağlar və dalğalar") Xəzər, və sairə.
1996–2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. Bu teatrında oynadığı rollar:(Nəriman Nərimanov "Nadir şah") Şah Təhmaz, (Altay Məmmədov "Dəli Domrul") Dəli Dondar, (J. Anuy "Medeya") Yazon, (O. Altunbay "Tomris") Kir, (Cəfər Cabbarlı "Dönüş") Mirzə Camal, (Cəlil Məmmədquluzadə "Ölülər") Şeyx Əhməd, (Nazim Hikmət "Domoklun qılıncı") Aptekçi, (Süleyman Rəşidi "Mənim Ərdəbilim") Nadir, (Ə. Pəhləvan "İnsan və İblis") Şair, (Nigar Rəfibəyli "Natəvan") Şair və s.
2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, "Ölülər"), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, "Misir gecələri"), Şəmistan ağa (İsmayıl Şıxlı, "Ölüləri qəbiristanlıqda basdırın"), Fətulla bəy (Əli Əmirli, "Mesenat"), Nostradamus (Ramiz Novruz, "Hələ sevirəm deməmişdilər"), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, "İkinci səs"), Sultanəli (Mir Cəlal, "Dirilən adam"), Əkbər (Abdulla Şaiq, "Eloğlu"), İbrahim xan (İlyas Əfəndiyev, "Hökmdar və qızı"), Murtuza Muxtarov (Əli Əmirli, "Mesenat"), şair Kirmani ("Əmir Teymur", Hüseyn Cavid), Aqostino ("Silindr", Eduardo de Filippo), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), İbad ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi).
Aktyor bir çox filmlərə də çəkilmişdir: "Arvadım mənim, uşaqlarım mənim" adlı filmdə Şamil, "İsmayıl bəyin mücrüsü"ndə Ata, "Qorxma, mən səninləyəm"də Məmməd, "Atları yəhərləyin"də Qurd Kərim, "Alman klinikasına şəxsi səfər"də Qafarov, "Yük"də aktyor, "Sonuncu döyüş"də Polis mayoru və sairə…
2002-ci ildə K. Abdullayev Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 6 may 2015-ci ildə,[1] 6 may 2016-cı ildə[2], 1 may 2017-ci ildə[3], 9 may 2018-ci ildə[4], 7 may 2020-ci ildə[5] və 7 may 2021-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[7][8]
10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[9]