Famil Mustafayev

Vikipediya saytından
Alov (müzakirə | töhfələr) (Yeni səhifə: {{Dövlət xadimi | azərbaycan dilində adı = Famil Mustafayev | adın originalı = Famil Front oğlu Mustafayev | portret = Famil Mustaf...) tərəfindən edilmiş 09:31, 25 aprel 2018 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Famil Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 18 sentyabr 1966 (1966-09-18) (57 yaş)
Doğum yeri Salyan rayonu
Təhsili
Elmi fəaliyyəti
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
Elmi adı

Mustafayev Famil Front oğlu (d. 18 sentyabr 1966) — Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru.

Həyatı

Famil Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olub. 1973-1983-cü illərdə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli orta məktəbdə təhsil alıb. 1984-cü ildə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin siyasi iqtisad ixtisası üzrə İqtisadiyyat fakültəsinə daxil olub, 1989-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim vəzifəsində çalışıb. 1992–2000-ci illərdə iqtisadiyyat sahəsində müxtəlif nazirlik və dövlət komitələrində məsul vəzifələrdə çalışıb. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasında aspirant olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə Hüquq fakültəsinə daxil olub, 2002-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2″ kafedrasında baş müəllim, 2005-ci ildən dosent vəzifəsində çalışıb. 2013-cü ildən “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professoru olmuşdur. 2017-ci ildən “Rus İqtisad Məktəbi” nəzdində “İqtisadiyyat” kafedrasının professorudur. 2004-cü ildən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2015-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, 2016-cı ilin may ayından Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti

1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2009-cu ildə dosent, 2014-cü ildə isə professor elmi adını almışdır. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü olmuşdur. 2013-cü ilin fevral ayından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri, 2013-cü ilin oktyabr ayından hal hazıradək “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədridir. 2017-ci ilin sentyabr ayından Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədridir. 60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.