Famil Front oğlu Mustafayev (18 sentyabr 1966, Salyan rayonu) — iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri (2019-cu ildən).
Famil Mustafayev | |
---|---|
Vəzifədədir | |
21 iyun 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Elmi fəaliyyəti | |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | |
Elmi adı |
Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olmuşdur. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984–1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[1]
Ailəlidir, iki övladı var.
1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində "Siyasi iqtisad" kafedrasında müəllim, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti, 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-2" kafedrasının baş müəllimi, 2004–2015-ci illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini, 2004–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professoru, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, 2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir.
2019-cu ilin 21 iyun tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.[1][2]
2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat" elmləri üzrə ekspert şurasının üzvü olub.[3]
2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat və Hüquq" elmləri üzrə ekspert şurasının sədri vəzifəsini icra edib.[4]
2013–2018-ci illərdə "İqtisadiyyat" elmləri üzrə ekspert şurasının sədri olub.
2017–2018-ci illərdə Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədri vəzifəsində işləyib.
2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü olmuşdur.
1998-ci ildə "Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 2010-cu ildə "Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.[1]
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını almışdır. 60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.[1]