2018 İspaniya Qran-prisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

2018 İspaniya Qran Prisi-2018-ci ildə keçirilmiş növbəti Ispaniya Qran Prisi.

İspaniya Qran Prisi üçün təkər seçimi

Mərhələ / Tərkiblər SuperHard Hard Medium Soft SuperSoft UltraSoft HyperSoft
Markalanma rəngi Narıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
İspaniya Qran Prisi Medium Soft SuperSoft

Sərbəst yürüşlər

Birinci sərbəst yürüşlər

Williams-da Sergey Sirotkini Robert Kubitsa əvəz edib. Polşalı sürücü bolidin qış testlərindəki və indiki vəziyyətini müqayisə etmək üçün sükan arxasına keçib.Robert Kubitsa həm də Barselonadakı ikigünlük testlərdə komandasına kömək edəcək. Güclü külək sürücülərin işinə mane olub. Valtteri Bottas,Markus ErikssonSebastyan Fettel yerində fırlansalar da, qəzasız yollarına davam ediblər.Brendon HartliRoman Qrojan çınqıllığa düşüblər. Sessiyanın 34-cü dəqiqəsində qəza edən Daniel Rikiardonun maşınının asılqanı qırılıb və sessiya onun üçün başa çatıb. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Daha sonra Robert KubitsaLens Stroll da yerlərində fırlanıblar. Williams sürücüləri aerodinamikaya tələbkar trasdakı ilk məşqdə son iki yeri tutublar. Protokollara Valtteri Bottas başçılıq edib – 1:18.148. Bu, trasın rəsmi rekordudur və keçənilki poul nəticəsindən bir saniyə sürətlidir. Lakin qış testlərində Sebastyan Fettelin göstərdiyi nəticəyə (1:17.182) xeyli uduzur.

  1. Finlandiya Valtteri Bottas 1:18.148
  2. Böyük Britaniya Lyuis Həmilton 1:18.997
  3. Almaniya Sebastyan Fettel 1:19.098
  4. Niderland Maks Ferstappen 1:19.187
  5. Finlandiya Kimi Rəykkönen 1:19.499
  6. İspaniya Fernando Alonso 1:19.858
  7. Avstraliya Daniel Rikiardo 1:19.871
  8. Fransa Roman Qrojan 1:19.906
  9. Belçika Stoffel Vandorn 1:20.083
  10. Fransa Pyer Qasli 1:20.508
  11. Danimarka Kevin Maqnussen 1:20.637
  12. Monako Şarl Lekler 1:20.665
  13. Meksika Serxio Perez 1:20.924
  14. İsveç Markus Eriksson 1:20.984
  15. İspaniya Karlos Sayns 1:21.053
  16. Fransa Esteban Okon 1:21.144
  17. Almaniya Niko Hülkenberq 1:21.159
  18. Yeni Zelandiya Brendon Hartli 1:21.373
  19. Polşa Robert Kubitsa 1:21.510
  20. Kanada Lens Stroll 1:22.756