Ceyran Mahmudova

Vikipediya, azad ensiklopediya
Mirzememmedova (müzakirə | töhfələr) (şəkil köhnədir.) tərəfindən edilmiş 15:09, 8 avqust 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ceyran Mahmudova
Doğum tarixi 19 iyul 1964(1964-07-19) (59 yaş)
Doğum yeri
Atası Emin Sabitoğlu
Fəaliyyəti musiqişünas

Ceyran Emin qızı Mahmudova - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.

Həyatı

Ceyran Mahmudova 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982-87-ci illərdə təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir.

30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.[1]

Yaradıcılığı

  • Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, «Deniş», 1990;
  • Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., «Qobustan» toplusu, №1, 1991;
  • Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun «Xəbərlər» toplusu. B., №1, 1997;
  • Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. «Xəbərlər». B., №1, 1998;
  • Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair. «Xəbərlər». B., №1, 1998;
  • Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. «Xəbərlər». B., №1, 2000;
  • Mahnılarda yaşayan poeziya. «Musiqi dünyası» jurnalı. №2, 2000;
  • Rəsul Rza və Azərbaycan musiqisi. «Qobustan» toplusu. №2, 2001;
  • Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. «Musiqi dünyası». №3-4, 2001;
  • Zərif gözəllik qəlb sirdaşı... /C.Cahangirov/, «Musiqi dünyası». №3-4, 2001.
  • Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.
  • Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 - 2001).
  • Dövri mətbuatda məqalələr (1990 - 2001).[3]

30 iyul 2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.[4]

Filmoqrafiya

  1. Gün keçdi (film, 2012)

Həmçinin bax

Video

  • Ceyran Mahmudova, Eldar Mansurov və Vaqif Səmədoğlu Emin Sabitoğlunun yaradıcılığı haqqda danışırlar: I hissə, II hissə, III hissə

İstinadlar

  1. Ceyran Mahmudova Mədəniyyət və İncəsənət Universitetinin rektoru oldu.
  2. Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik".
  3. Azərbaycan Bəstəkarlar və Musiqişünaslar birliyi - Ceyran Mahmudova
  4. President.Az. "C.E.Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30.07.2018. İstifadə tarixi: 2018-07-30.