Filmdə Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycanın xalq artisti Emin Sabitoğlunun həyat və yaradıcılığından söhbət açılır.
Gün keçdi | |
---|---|
azərb. Gün keçdi | |
Janr | bioqrafik |
Rejissorlar |
Tariyel Vəliyev Elnurə Kazımova |
Ssenari müəllifləri |
Ceyran Mahmudova Yaqub Əlioğlu |
Operator | Adil Abbasov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 2 iyun 2012, Mədəniyyət TV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 39 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Film bəstəkarın qızı Ceyran Mahmudovanın kadr arxasından verilən xatirələri əsasında çəkilmişdir.
Film "Bəstəkar Emin Sabitoğlu", "Bəlkə, bəlkə, bəlkə də...", "O uzaq günlərin itmiş açarı...", "Bağışla, bağışla, məni bağışla...", "Sən olmuşam...", "Uzaq yaşıl ada...", "Düşürsən yadıma...", "Bu çiçək yağışı...", "Dayan, zaman, dayan...", "Bakı, sabahın xeyir" adlanan 10 hissədən ibarətdir.
Filmdə "Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev", "Dəniz", "Bizim Cəbiş müəllim", "Ad günü", "Dədə Qorqud", "Bəyin oğurlanması", "Gün keçdi", "Atları yəhərləyin", "Azərbaycan kinosu-80", "Təhminə", "Dantenin yubileyi", "İstintaq", "Bizi bağışlayın", "Onun bəlalı sevgisi", "Həm ziyarət, həm ticarət", "Özgə ömür", "Bağlı qapı", "Aktrisanın təbəssümü", "Evləri köndələn yar", "Səni axtarıram" bədii və sənədli filmlərinin, televiziya tamaşalarının, eləcə də "Hicran", "Unuda bilmirəm", "Bizim qəribə taleyimiz", "Nəğməli könül", "Bankir adaxlı" və s. teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.
Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.
Film Tariyel Vəliyevin yaradıcılığında son işdir. Film tam hazır olana yaxın tanınmış rejissor xəstələnmiş və filmi tələbəsi Elnurə Kazımova tamamlamışdır.
Səhv filmin ssenarisinə aiddir. Filmdə belə bir cümlə işlədilir: "Yaxın dostu Rasim Ocaqovun çəkdiyi bütün filmlərə musiqini Emin Sabitoğlu bəstələyir". Lakin Rasim Ocaqovun quruluşçu rejissoru olduğu "Qatır Məmməd" və "Tütək səsi" filmlərinin musiqisini müvafiq olaraq, Cahangir Cahangirov və Aqşin Əlizadə yazıb. Ona görə də bu cümlə yanlış xarakter daşıyır.