Yapon kriptomeriyası
Yapon kriptomeriyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Yapon kriptomeriyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yapon kriptomeriyası, əsasən, Şərqi Asiya da, xüsusilə Çin və Yaponiya da geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3-5 tozcuq kisəsindən ibarətdir. Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2-3 ensiz qanadla əhatə olunur. Toxum pulcuğunda 2-5 ədəd yumurtacıq olur. Örtücük pulcuqları isə toxuma birləşmiş vəziyyətdə inkişaf edir. Qozaları birinci il yetişir, oduncaqlaşmış, kürəşəkilli və ya yumurtavarı dəyirmidir, üzəri kələ-kötür, rəngi qəhvəyi, yumru və ya yumurtavarı, 2 sm uzunluqdadır, pulcuqları 4-5 dişli olur, toxumlarını tökdükdən sonra ağacda qalır. 10 yaşında meyvə verir. Tüzböyüyən, istisevən və kölgəyədavamlı ağac növüdür. Oduncağı rütubətə davamlıdır və texniki cəhətdən yüksək keyfiyyətə malikdir. Torpağa qarşı tələbkar deyildir. -18-20 0 C-yə qədər olan şaxtalara davam gətirir. Xiyabanlarda qrupla və tək-tək əkmək üçün istifadə edilən dekorativ ağacdır. Azərbaycan da Abşeron , Lənkəran və Astara rayonlarında mədəni şəraitdə becərilir.
Məlumat mənbələri:
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
- “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
- ↑ Don Two new genera of the natural family of plants called Coniferae (ing.). // Annals of Natural History London: 1838. Vol. I, Iss. Number III. P. 234. ISSN 2634-0445