Anna Frank

Vikipediya saytından
5.197.23.117 (müzakirə) (→‎Həyatı) tərəfindən edilmiş 10:48, 31 may 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Anne Frank...

Nəfəs aldığımız kainatın sonsuzluğunu paylaşırıq...

Yaşamaq haqqına sahib olan canlıların hərkəti, fəaliyyəti içərisində ən dəcəl, ən ipə sapa gəlməyən, ən qəddar və acımasız olan biz insanlarıq desək heç də haqsızlıq etmiş olmarıq. heç cürə paylaşa bilmədik bu dünyanı, paylaşa bilmədik dənizləri, okeanları, hətta göy üzünü belə paylaşa bilmədik...

Silahlar icad etdik, savaşlara bəhanələr gətirdik bəs etmədi, yadlaşdırdıqlarımızı işgəncəsiz öldürməyək dedik , işgəncə alətləri, işgəncə yöntəmləri kəşf etdik...

Tarixin insan qanından olan mürəkkəblə yazilmasına razılıq vermək üçün hansı düşüncəni, hamsı görüşü, hansı səbəbi qarşıya qoya bilərik ki? heç biri gerçək olmaz, heç biri qəbul edilməz...

Yəhudi qətliamı da bu qəbul edilməzliyə daxildir digər bütün qətliamlar kimi...

Anne Frank, ikinci dünya savaşı sırasında Almaniya tərəfindən Yəhudilərə sistematik bir şəkildə, edilən soyqırımın simvolu halına gəlmiş bir qız uşağıdır...

1929-cu ildə Almaniyada dünyada gələn Anne frank, anası və bacısı ilə 1933-cü ildə Hollandiyaya köç edir. Orada dərs həyatına və xəyal qurmağa davam edir...

Öldükdən sonra da yaşamaq istəyən, yazıcı olmağı arzulayan bir uşaq idi Anna Frank...

13-cü yaş günündə atası tərəfindən hədiyyə edilən dəftər, Annenın Kitty adını qoyduğu yoldaşı və gündəliyi olmuşdu. Tarixə şahidlik edən, günümüzə qədər gələn və oxunan bir gündəlik idi bu dəftər...

1940-cı ildə Hollandiyaya gələn Almaniya qanunları, Anne və ailəsinin iki il boyunca gizlənərək yaşamağına səbəb oldu. Gizli və bağlı bir otaqda hər şeyə rəğmən, bir nəfəs daha artıq almaq üçün yaşamağa çalışmışdı Anne və ailəsi...

Bu ağır dönəmdə Annə durmadan gündəliyini yazdı... olan bitən, yaşanan hər şeyi insanların bilməsini istəyirdi...

Bu həbs iki il davam edəcəkdi. İki ilin hər gününü yazdı Anne. "Gizli otaq" deyərək bəhs etdiyi bu yer Prinsengrat küçəsi, 263 nömrəli binanın mansardında yerləşirdi... Gizləndikləri vaxt ərzində, qorxularını , yaşadıqlarını və ən önəmlisi yaşama dair ümidlərini yazdı. Çünki bu qısa həyatında yazmasa deli ola bilərdi...

22 iyun 1942-ci il səhifəsində belə deyirdi: " Xatirə dəftəri tutmaq mənin kimi biri üçün qəribə bir duyğudur. Bu əvvəllər heç yazmadığım üçün deyil. Gələcəkdə mən də daxil, heç kimsə 13 yaşında bir qızın içindən geçənlərlə maraglanmayacaqmış kimi gəlir. Ancaq əslində bunun heç bir önəmi yoxdur. Mən yazmaq və ən önəmlisi qəlbimdən gələn bir çox şeyi ortaya tökmək istəyirəm...

Əllərimi başıma dayadığım və təmbəllikdən çölə mi çıxsam , evdə mi qalsam bilmədiyim, nəticədə eyni yerdə panikaya düşüb qadığım günlərimdən birində canım sıxıldığında Kağız insanlardan daha səbrlidir, sözü içimə işlədi"...

Belə gizli və bağlı halda yalnız iki il yaşaya bildilər, iki ilin sonunda yerləri xəbər tutuldu və insanın insana yaşatdığı cəhənnəmə, toplama düşərgələrinə göndərildilər... Frank ailəsinin hər üzvü ayrı düşərgələrə göndərildi... Anne düşərgədə çox ağır günlər yaşayır və bu ağır yaşama dözə bilmir. Xəstəliyə tutulur...

Annenin çox xəyalı vardı. yaşadığı nə varsa bundan bir kitab çixaracaqdı. Yenidən ailəsinə qovuşmaq ümidini isə əsla itirməzdı... Bunu isə qocaman gülümsəməsi ilə təsdiqləyirdi. Həyata hey gülümsəyirdi. O, gülən üzü ilə özündə xöşbəxtliyi kəşf etmiş bir uşaq idi: Müharibəyə rəğmən...

Ancaq zəifləyən bədəni buna icazə verməyəcəkdi. Ağır xəstəliyə tutulmuşdu və savaşın bitməsinə 10 gün qalmış, 1945-ci ilin fevral ayında yaşamını itirdi... Yaşadıqlarının bəlkə haçısını, ancaq hiss etdiklərinin çoxunu yaşamadan həyata gözlərini yumdu...

Çox balaca qalmış bədənində , incə barmaqlarıyla yazmaqdan heç vaz keçmədiyi gündəliyini qoydu özündən sonra... Annenın yaşamı, ruhu yaş almış bir uşaq olaraq sona çatdmışdı

Yaşı həmişə 16 olaraq qalan Annenin hekayəsi, xəyalları, yaşadıqları, hiss etdikləri bu günlərə qədər gəlib çatdı...

Müharibəni ən tərəfsiz, ən saf halı ilə anlatan Annenin qələmindən çıxanları oxuduq, hiss etdik... Çünki bu yazılanlar heç bir qarşılıq gözləmədən yaşanıb hiss edilib yazılmışdı...

Frank ailəsindən həyatta qalan ata Otto Frank, Annenin xatirə dəftərinin çap edilməsini təşkil etdi...


TƏRCÜMƏ: KÖNÜL MƏMMƏDLİ



Anna Frank

Anna Frank— kimi tanınan Annelies Marie Frank (12 iyun 1929,Frankfurt-Mayn-fevral(mart) 1945,Aşağı Saksoniya) yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Müəllifi olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir.[1]

Həyatı

Anna Frank 1929-cu il 29 iyunda Frankfurt-Maynda anadan olmuşdu. Anna Frankın özündən 3 yaş yarım böyük olan Marqot adlı bacısı var idi. Hitlerin hakimiyyəti ilə Antisemitizmin yüksəlməsi Annanın ailəsini Almaniyadan köçməyə vadar etdi. Niderlanda köçən ailə burada yaşamağa başlasa da, savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır. İngiltərəAmerikaya miqrant kimi müraciət edən ailə hər ikisindən də rədd cavabı alır.[2]. 10 may 1940-cı ildə Niderland almanlar tərəfindən işğal olunur, tezliklə burada da yəhudilər əleyhinə kampaniyalar başlayır. Annanın atası Otto öz işini itirir, ikinci dəfə Amerikaya miqrasiya üçün müraciət etsə də, yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər.

5 iyul 1942-ci ildə Marqot alman düşərgəsindən zəng qəbul edir, həmin günün sabahından ailə gizlənməyə başlayır. Onlar iki ildən artıq gizlənməyi bacarırlar. Bu dövrdə onların əsas tələbatları hədəfdən kənardakı tanışları tərəfindən qarşılanırdı. Anna gündəlik tərtib edir və bu gündəliyə yaşadığı çətin günlərdən və qısa hekayələr yazır. Londonda sürgündə olan Niderland təhsil naziri Britaniya radiosu vasitəsilə insanları savaş haqqında yazmağa gündəliklər tutmağa çağırdıqda Anna da öz gündəliyinin üzərində yenidən işləmək və "Gizli artırma" adlı roman yaratmaq qərarına gəlir, ancaq yazısını bitirməmiş tapılır və həbs olunur.

4 avqust 1944-cü ildə gizlənənlər onlara kömək edən iki nəfərlə birgə həbs edilir. Kömək edənlərdən Coannes nisbətən erkən azad olunur. Həbslərdən az sonra Miep Gies və Bep Voskuijl Annanın gündəliyini və yarımçıq romanını tapırlar. Atası Otto ailədə savaşdan sağ çıxa bilmiş tək üzv olur. Həyat yoldaşının öldüyünü öyrənən Otto, qızları haqqında yalnız sonralar öyrənə bilir ki, hər ikisi xəstəlikdən ölüblər.[3]

Ölümü

3 sentyabr 1944-cü ildə ailə Polşaya göndərilir. Auşvitzdə qadınlar və kişilər ayrılır bununla da, Anna ilə atasının yolları ayrılır. Burada Anna ana və bacısının yanında olur. Düşərgələr üçün işçi seçməyə başlayananda, Anna qaşıntıları olduğu üçün qəbul edilmir, ana və bacısı da onunla qalmağa qərar verirlər. Elə Annanın xəstəliyinə görə də ailə artıq "xəstəliklər yuvası" sayılan Berqen-Belsenə göndərilir. Berqen-Belsenin azad olunduğu 15 aprel 1945-ci ildən öncə yatalaq xəstəliyindən ölən Annanın ölüm tarixi dəqiq bilinmir.[4]Mart ayında öldüyü ehtimal olunan Annanın son araşdırmalardan sonra fevralda öldüyü düşünülür.[5]

Həmçinin bax

Xarici keçid

İstinadlar