Ağdam Dövlət Rəsm Qalereyası

Vikipediya, azad ensiklopediya
Leila1717 (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:08, 2 noyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ağdam Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1991
Yarandığı yer Ağdam, Azərbaycan
Fəaliyyət göstərdiyi yer Ağdam, Azərbaycan

Ağdam Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum.

Fəaliyyəti

Qalereyanın yaradılması ilə bağlı idea 1990-cı ildə meydana gəlir və 1991-ci ilin əvvəllərində rəsmi əmr imzalanaraq strukturu təsdiq edilir. Ağdam Dövlət Rəsm Qalereyasının ilk direktoru vəzifəsinə İlqar İsmayılov təyin edilir. Qalereyanın fəaliyyəti üçün inzibati bina təyin olunmağına baxmayaraq, rayonun münaqişə zonasında yerləşməsi onun fəaliyyətinə maneçilik törədirdi. Bu səbəbdən qalereya fəaliyyətini dayandıraraq 2008-ci ildən yenidən fəaliyyətə başlamışdır.

Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Hazırda 4-ü əsas, 4-ü texniki işçi olmaqla 8 işçi fəaliyyət göstərir. Qalereya binası 1 mərtəbədən ibarətdir — 4 otaq, 1 zal. Ümumi ərazisi isə 560 km²-dir. Binanın nəznində bir kitabxana, bir dərsanə və əyləncə zalı yerləşir.[1]

Eksponatlar

Azərbaycan rəssamlarının və yerli sənətkarların yaradıcılıq nümunələri qorunub saxlanılır. Qalereyanın foyesində Xocalı soyqırımı20 yanvar faciəsilə bağlı əsərlər nümayiş olunur.

İstinadlar