Ağdam Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum.
Ağdam Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1991 |
Yarandığı yer | Ağdam, Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Ağdam, Azərbaycan |
Qalereyanın yaradılması ilə bağlı idea 1990-cı ildə meydana gəlir və 1991-ci ilin əvvəllərində rəsmi əmr imzalanaraq strukturu təsdiq edilir. Ağdam rayon Dövlət Rəsm Qalereyasının ilk direktoru vəzifəsinə İlqar İsmayılov təyin edilir. Qalereyanın fəaliyyəti üçün inzibati bina təyin olunmağına baxmayaraq, rayonun münaqişə zonasında yerləşməsi onun fəaliyyətinə maneçilik törədirdi. Bu səbəbdən qalereya fəaliyyətini dayandıraraq 2008-ci ildən yenidən fəaliyyətə başlamışdır.
Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Hazırda 4-ü əsas, 4-ü texniki işçi olmaqla 8 işçi fəaliyyət göstərir. Qalereya binası 1 mərtəbədən ibarətdir — 4 otaq, 1 zal. Ümumi ərazisi isə 560 km²-dir. Binanın nəzdində bir kitabxana, bir dərsanə və əyləncə zalı yerləşir.[1]
Azərbaycan rəssamlarının və yerli sənətkarların yaradıcılıq nümunələri qorunub saxlanılır. Qalereyanın foyesində Xocalı soyqırımı və 20 yanvar faciəsilə bağlı əsərlər nümayiş olunur.