Esmira Fuad

Vikipediya, azad ensiklopediya
Yusifzade Aynur (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:19, 3 fevral 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Esmira Fuad
Doğum tarixi 3 fevral 1958(1958-02-03) (66 yaş)
Doğum yeri
Elm sahəsi filologiya
Elmi dərəcəsi
İş yeri
Təhsili
Üzvlüyü

Esmira Şükürova (azərb. Esmira Seyfəl qızı Şükürova‎; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmləri doktoru[1].

Həyat və yaradıcılığı

Esmira Şükürova 3 fevral 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Pedaqoji fəaliyyəti: orta məktəbdə və Bakı Dövlət Universitetində müəllim, digər fəaliyyətləri: Mirzə İbrahimov adına kitab fondunun sədri, «Respublika» qəzetində baş müxbir və Humanitar siyasət şöbəsinin müdiri, «Azərbaycan Diplomatiyası» jurnalında baş redaktorun müavini[2].

Əsas elmi nailiyyətləri

  • Ədəbiyyatşünaslıq elmi üzrə monoqrafiyalar

Elmi əsərləri

  1. Şəhriyar poeziyasında xalq həyatı, 1996;
  2. Məhəmmədhüseyn Şəhriyar (Həyatı, ədəbi mühiti və yaradıcılığı) 1998, I çap, 1999,II çap;
  3. Azərbaycan xalça sənətinin Kamili, 2006;
  4. Söz sərrafı Şəhriyar, 2011;
  5. Sözə sevdalılar, 2012;
  6. Muhammethuseyn Şehriyar. Türkiye, 2014 (Türk dilində);
  7. Güney Azərbaycan Ədəbiyyatında modernizm, 2012-2013;
  8. Güney Azərbaycan ədəbiyyatında ədəbi prosses, 2011-2013;
  9. XX əsr Güney Azərbaycan epik şeiri, (2003-2013).[2]

Təltif və mükafatları

İstinadlar

  1. "ESMİRA FUAD-ŞÜKÜROVA ELMLƏR DOKTORU DƏRƏCƏSİ ALMAQ ÜÇÜN YAZDIĞI DİSSERTASİYANI UĞURLA MÜDAFİƏ EDİB" (Azərbaycan dili). 525.az. 3 fevral 2020 tarixində arxivləşdirilib.
  2. 1 2 "Şükürova Esmira Seyfəl qızı" (Azərbaycan dili). science.gov.az. 3 fevral 2020 tarixində arxivləşdirilib.