Esmira Fuad

Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru.[1]

Esmira Fuad
Esmira Seyfəl qızı Fuad
Doğum tarixi (66 yaş)
Doğum yeri Xudat, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi professor
İş yeri AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Üzvlüyü Amerika Bioqrafiya İnstitutu tərəfindən Güney Azərbaycan ədəbiyyatı üzrə ekspert,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib[2].

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb.

Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu"na, Almaniyanın Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun isə "Xocalı soyqırımı"na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub.

2008-ci ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultaylarına nümayəndə seçilib. Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib. 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

90-dan artıq artıq elmi, çoxlu sayda publisistik məqalənin və portrer yazıların müəllifi olan Esmira Fuadın,

  1. Şəhriyar poeziyasında xalq həyatı, Bakı, "Qızıl Şərq", 1996;
  2. Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı), Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat və Poliqrafiya mərkəzi, 1998, 144 s;
  3. Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı), Bakı, "Maarif", 1999, 224 s;
  4. Əgər bir ömrüm də olsaydı, Bakı, "Nurlan", 2003;
  5. Ağ üzlü Qara Moşu. Bakı, "Oka Ofset", 2006, 112 s;
  6. Azərbaycan xalça sənətinin Kamili, Bakı, "Altun Kitab", 2006, 128 s;
  7. Dünyaya naxış insanlar, Bakı, "Təhsil", 2009, 264 səh;
  8. Söz sərrafı Şəhriyar, Bakı, "Avrasiya Press", 2010, 304 s; Tehran-2018 (Əski əlifbada);
  9. Sözə sevdalılar. I kitab, Bakı, "Nərgiz", 424 s;
  10. Quba və qubalılar (həmmüəllif);
  11. Zakir Bağırov-90. O, həyata yalnız xeyirxah işlər görmək üçün gəlmişdi. Bakı-2017, 228 səh;
  12. "Muhammed Hüseyin Şehriyar. Edebi çevresi, yaşamı, eserleri (Monoqrafi)", Türk dilində, İstanbul, "Peon-Atlantis", 2014, 376 s;
  13. "XX əsr Güney Azərbaycan epik şeiri (Monoqrafiya), Bakı: "Elm və Təhsil" – 2016, 376 s;
  14. "Güney Azərbaycanda çağdaş ədəbi proses (Monoqrafiya)", Bakı: "Hədəf nəşrləri" – 2016, 176 s;
  15. "Bəkirnamə (Monoqrafiya)", Bakı, "Elm", 2017, 240 səh;
  16. "Turanın əbədiyaşar şairi-Bəxtiyar Vahabzadə (Monoqrafiya)" Bakı: "Elm və Təhsil" – 2019; Tehran-2019 (Əski əlifbada);
  17. "Sözdən asılan arzular – XX əsrdə Güney Azərbaycan poemalarından ibarət Antologiya (848 səh.)" Bakı: "Elm və Təhsil" – 2016;
  18. "Urmu türkün ilk beşiyi, sevgi ocağı — Urmu şeir antologiyası, Bakı: "Elm və Təhsil" – 2016, 376 səh;
  19. "Günümüzün Güney Ədəbiyyatı Antologiyası (1032 səh.). Tərtib", Bakı: "Elm və Təhsil" – 2018, 1032 s;
  20. "Şəhriyar xatirələrdə". Tərtib və ön söz, Bakı-2020 çap olunub.[2]

Nəşrini nəzərdə tutduğu üç kitabdan birincisi — "Sözə sevdalılar" 2011-ci ilin sonunda çap olunub. Bu seriyadan "Sözə sevdalılar, üzü Təbrizə, II kitab" və "Güney Azərbaycan ədəbiyyatında modernizm" adlı monoqrafiyası isə hazırda çap prosesindədir.

Esmira Fuad Azərbaycan JurnalistlərYazıçılar Birliklərinin üzvüdür.90-a yaxın elmi məqalənin, onlarla ədəbi və publisistik məqalənin müəllifidir. Elmi məqalələri nüfuzlu xarici jurnallarda və ölkə daxili mətbuat orqanlarında çap olunub. O, "Güney Azərbaycan ədəbiyyatında poema janrı (inkişaf mərhələləri və problemləri)" mövzusunda doktorluq işini 2018-ci ilin martın 30-da böyük uğurla müdafiə edib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • "Araz" ali ədəbi,
  • "Qızıl qələm",
  • "Xan qızı Natəvan",
  • "Həsənbəy Zərdabi",
  • "Səməd Behrəngi",
  • "Seyid Cəfər Pişəvəri" mükafatlarının,
  • Avropa yayın evinin "Qızıl medal"ının,
  • Azərbaycan Veteranlar Şurasının "Səməd Mehmandarov medalı"nın,
  • AMEA Azad Həmkarlar İttifaqının fəxri fərmanının sahibi,
  • "Firudin İbrahimi-100" Fəxri diplomunun, AYB və Mədəniyyət və Turizm nazirliyinin təsis etdiyi "Şəhriyar" diplomunun laureatıdır.
  • Rusiya Federasiyasının Moskva şəhərində keçirilən MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq "Kitab sənəti" müsabiqəsində "XX əsr Güney Azərbaycan epik şeiri" kitabı "Tədris ədəbiyyatı və təhsil" ("Учебная литература и образование") nominasiyası üzrə III yerə layiq görülüb[2].
  1. "ESMİRA FUAD-ŞÜKÜROVA ELMLƏR DOKTORU DƏRƏCƏSİ ALMAQ ÜÇÜN YAZDIĞI DİSSERTASİYANI UĞURLA MÜDAFİƏ EDİB" (Azərbaycan dili). 525.az. 3 fevral 2020 tarixində arxivləşdirilib.
  2. 1 2 3 "Şükürova Esmira Seyfəl qızı" (Azərbaycan dili). science.gov.az. 3 fevral 2020 tarixində arxivləşdirilib.