Şahmar Hüseynov

Vikipediya, azad ensiklopediya
Kholat Syakhl (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 11:53, 26 aprel 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Şahmar Hüseynov
Doğum tarixi 31 iyul 1939(1939-07-31)
Doğum yeri
Vəfat tarixi 1 yanvar 1988(1988-01-01) (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyət illəri 1977-ci ildən
Janr hekayə
Mükafatları Mirzə Fətəli Axundov adına ədəbi mükafat

Şahmar Hüseynov (azərb. Şahmar Həsən oğlu Hüseynov‎) - Azərbaycanlı yazıçı, aktyor, rejissor köməkçisi və teatr xadimi.

Həyatı

Şahmar Hüseynov 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olmuşdur. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alır. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçir (3 il)leytenant rütbəsi qazanır. Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I kursu başa vurmadan oranı tərk edir vədram və aktyor fakültəsinə qəbul Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olunur.

Şahmar Hüseynovun kurs rəhbəri məşhur Azərbaycan rejissoraktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Şahmar Hüseynov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən yazıçı Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib.

Şahmar Hüseynov əllidən çox tamaşada oynamış və hər tamaşada fərqli obrazlar yaratmışdır. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub.

Şahmar Hüseynov 1970-ci ildə Kukla teatrında çalışan aktrisa Elmira Hüseynova ilə ailə həyatı qurub. Ayxan və Həsən adında iki oğlu var. 1988-ci ilin 9 yanvar tarixində Bakıda, yaşadığı mənzildə ürək tutmasından dünyasını dəyişir. Valideynlərinin istəyi ilə dəfni doğma yurdu Gəncədə baş tutur.

Onun haqqında bir çox tanınmış yazıçılar öz fikirlərini bildirib.

Xalq yazıçısı Anar:

"Kukla teatrı "Qaravəlli" əsərimi tamaşaya qoyanda Şahmarı bir aktyor kimi tanımışam. Az sonra ədəbi jurnallarda çap olunan maraqlı, gözəl hekayələrini oxudum. İncə duyğu, yüksək hissiyyatla yanaşı, böyük səmimiyyəti Şahmarın hekayələrində də gördüm".

Xalq yazıçısı Mövlud Süleymanlı:

"Azərbaycan ədəbiyyatında öyrənmək istədiyim yazıçı çox az olub. Onlardan biri Şahmardı. Şahmar böyük yazıçıdır. Hər şeydən əvvəl ona görə ki, demək istədiyini bəzəksiz-düzəksiz deməyi bacarıb. Bütün səmimiyyətimlə bir də təkrar eləyim ki, həmişə Şahmar kimi sakit, səssiz-küysüz, qışqırıqsız, boyalar işlətmədən, obrazlı ifadələr axtarmadan yazmaq istəmişəm. Bunu onun özünə də deyirdim. Uşaq kimiydi, inanmırdı".

Tanınmış yazıçı Saday Budaqlı:

"Şahmar öz qəhrəmanlarına oxşayan yazıçıdır".

Yaradıcılığı

Uşaq vaxtından kiçik hekayələr yazan Şahmar Hüseynov aktyor fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olub. Şahmar imzası ilə mətbuatda hekayələri işıq üzü görüb. Onun "Bir balaca səhv" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. Bir-birindən maraqlı hekayələri ilə ədəbi mühitə səs salan Şahmar təkcə aktyor kimi deyil, həm də yazıçı kimi də peşəkarlaşıb. Şahmarın hekayələrində kənd cazibəsi, yaşadıqları ilə yanaşı teatr aləmi, şəhər həyatı, xüsusilə, aktyorların həyatı öz əksini tapıb.

70-ci illərdə Şahmarın "Sehrli güzgü" adlı pyesi çalışdığı Kukla teatrında səhnələşdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.


Kitablar

İstinadlar

http://www.adalet.az/mobil/117160.html


https://edebiyyatqazeti.az/news/incesenet/3055-kursu-layihesinin-qonagi

http://anl.az/down/meqale/adalet/2010/iyul/129437.htm