Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981).[1]
Eldar Baxış | |
---|---|
Eldar Baxış oğlu Ağayev | |
Doğum adı | Eldar Ağayev |
Təxəllüsü | Eldar Baxış |
Doğum tarixi | |
Doğum yeri | Diləli Müskanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | zəhərlənmə |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Həcər Nəzərova |
Uşaqları | Tural Ağayev, Günel Baxış , Anday Ağayev |
Atası | Baxış Ağayev |
Anası | Şeyda xanım |
Təhsili | ADU-nun Tarix fakültəsi |
Fəaliyyəti | tərcüməçi |
Eldar Baxış 22 iyun 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı obasında, kəndli ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə Onbirillik məktəbi bitirib 1965-1969-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.[1]
Eldar Baxış Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. O, 1972-1988-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor vəzifəsində çalışmışdır. 1988-1990-ci illərdə isə televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifəsini icra etmişdir.[1]
"Səs" və "Nəfəs" qəzetlərini yaratmış və "Səs" qəzetinin baş redaktoru olmuşdur. Eldar Baxış 1992-1993-cü illərdə yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur.[2][1]
Rejissor və aktyor Tural Ağayevin atasıdır.
Eldar Baxışın "Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. O həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Həmçinin Eldar Baxış 1985-ci ildə Vladivostokda keçirilən Ümumittifaq poeziya festivalında iştirak etmişdir[3]. Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.[1]
1982-ci ildə Kukla teatrı Eldar Baxışın "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir. Bu pyes Mərdəkan Xalq Teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda Xalq Teatrlarının Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür. Bununla yanaşı, 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunan "Qaravun dərənin dükançası" ədibin ilk nəsr əsəridir. "Uzun Həsən" pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. Eldar Baxış 1992-ci ildə Özbəkistanın "Ürək dostları" klubunun fəxri üzvü seçilmişdir.[1]
Eldar Baxış 1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir, Xırdalan qəbristanlığında dəfn olunmuşdur.[1]