Şahmar Həsən oğlu Hüseynov (31 iyul 1939, Xanlar rayonu – 1 yanvar 1988, Bakı) — Azərbaycan yazıçısı, aktyor, rejissor köməkçisi və teatr xadimi.
Şahmar Hüseynov | |
---|---|
Təxəllüsü | Şahmar |
Doğum tarixi | 31 iyul 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1988 (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | |
Təhsili | Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
İxtisası | Rejissorluq |
Fəaliyyəti | Teatr xadimi və yazıçı |
Fəaliyyət illəri | 1977–1988 |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | hekayə |
İlk əsəri | "Bir balaca səhv" |
Tanınmış əsərləri | "İtki" və "Elçilik" |
Mükafatları | Mirzə Fətəli Axundov adına ədəbi mükafat (1989) |
Şahmar Hüseynov 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olmuşdur. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alır. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçir (3 il) və leytenant rütbəsi qazanır.[1]
Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I kursu başa vurmadan oranı tərk edir və dram və aktyorluq fakültəsinə qəbul Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olunur.
Şahmar Hüseynovun kurs rəhbəri məşhur Azərbaycan rejissor və aktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Şahmar Hüseynov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən yazıçı Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib.[2]
Şahmar Hüseynov əllidən çox tamaşada oynamış və hər tamaşada fərqli obrazlar yaratmışdır. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub.
Şahmar Hüseynov 1970-ci ildə Kukla teatrında çalışan aktrisa Elmira Hüseynova ilə ailə həyatı qurub. Ayxan və Həsən adında iki oğlu var. 1988-ci ilin 9 yanvar tarixində Bakıda, yaşadığı mənzildə ürək tutmasından dünyasını dəyişir. Valideynlərinin istəyi ilə dəfni doğma yurdu Gəncədə baş tutur.[3]
Uşaq vaxtından kiçik hekayələr yazan Şahmar Hüseynov aktyor fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olub. Şahmar imzası ilə Azərbaycan mətbuatında hekayələri işıq üzü görüb. Onun Bir balaca səhv adlı ilk hekayəsi 1977-ci ildə Ulduz jurnalında çap edilib.[4]
Bir-birindən maraqlı hekayələri ilə ədəbi mühitə səs salan Şahmar təkcə aktyor kimi deyil, həm də yazıçı kimi də peşəkarlaşıb. Şahmarın hekayələrində kənd cazibəsi, yaşadıqları ilə yanaşı teatr aləmi, şəhər həyatı, xüsusilə, aktyorların həyatı öz əksini tapıb. 70-ci illərdə yazıçının Sehrli güzgü adlı pyesi çalışdığı Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.[5]
1986-cı ildə "Elçilik" adlı bir hekayələr kitabı çap olunub. Ölümündən sonra, 1989-cu ildə isə yazıçının İtki kitabı çapdan çıxır.[6] 11 yanvar 1989-cu ildə "Gözləmədyim gəliş", "Qoyungöz", "Qəndil-sinab" heykayələrinə görə Mirzə Fətəli Axundov adına ədəbi mükafata layiq görülür.[7]