Qaraqaş

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (clean up using AWB) tərəfindən edilmiş 15:36, 14 avqust 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qaraqaş
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qaraqaş
Beynəlxalq elmi adı

Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.

Növləri[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 111.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.152
  1. Integrated Taxonomic Information System (ing.). 2005.