Alina Zahitova

Vikipediya, azad ensiklopediya
Grenzsoldat (müzakirə | töhfələr) (→‎Nəticələri) tərəfindən edilmiş 17:56, 5 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Alina Zaqitova
rus. Алина Загитова
Alina Zaqitova 2019-cu il Dünya Çempionatında
Alina Zaqitova 2019-cu il Dünya Çempionatında
Şəxsi məlumatlar
Tam adı Alina İlnazovna Zaqitova
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi 18 may 2002 (2002-05-18) (22 yaş)
Doğum yeri İjevsк, Rusiya
Boyu 158 sm. (5 ft 2 in)
İdman növü Fiqurlu кonкisürmə
Məşqçisi Eteri Tutberidze (2015—)

Alina Zahitova (tələffüzü rus. Алина Загитова; d. 18 may 2002, İjevsk, Rusiya) — rusiyalı fiqurçu. Alina Zahitova, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanıb.

Alina Zahitova 2019-cı ildə Saitamada Dünya Çempionatlarının qızıl medalına sahib olub. 2018-ci ildə Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Avropa Çempionatlarında 2018-ci ildə qızıl, 2019-cu ildə isə gümüş medal qazanıb. ISU Qran-Pri Finalının 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medalçısı olan Zahitova, ISU Qran-Pri seriyalı yarışların Çin (2017), Fransa (2017), Finlandiya (2018) və Rusiya (2018) mərhələlərinin qalibi olub.

Gənclər arasında isə 2017-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Zahitova, həmin mövsümndə həmdə gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının və Avropa Yeniyetmələtinin Avropa Festivalının (EYOF) qalibi olub.

Karyerası ərzində 26 yarışa qatılan Alina Zahitova, onların 17-də qızıl medal, 5-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən «Dostluq» ordeni ilə təltif edilib.

Alina Zahitova Cənubi Koreya idmançısı Yuna Kimdən sonra Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran idmançıdır. O, həmdə Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatının qalibi olmağı bacaran birinci Rusiya fiqurçusudur. Alina Zahitova həmdə debüt mövsümündəcə Olimpiya Oyunlarının çempionu olmağı bacaran birinci fiqurçudur.

2019-cu il may ayının 6-na olan məlumatlara əsasən o, ISU reytinq cədvəlində birinci pillənin sahibidir.

Həyatı

Eteri Tutberidze

Alina Zahitova 2002-ci il may ayının 18-də İjevsk şəhərində İlnaz və Leysan Zaqitovların ailəsində anadan olub. Atası — xokkey məşqçisi İlnaz Zaqitovdur. Alina Zahitova milliyyətcə tatardır. Ona, dəfələrlə Dünya və Avropa Çempionatlarının qalibi olan, 2004-cü il Afina Olimpiadasının çempionu bədii gimnast Alina Kabayevanın şərəfinə Alina adı verilib.

Alina Zahitova 2007-ci ildən idmanla məşğul olur. O, 2008-2014-cü illərdə İjevsk şəhərində UGİM-də Natalya Antipinin rəhbərliyi altında məşq edib, 2015-ci ildən isə Sambo-70 idman və təhsil Mərkəzində şöhrətli məşqçi Eteri Tutberidzenin rəhbərliyi altında məşq edir.

Cinayət işi

21 may 2019-cu il tarixində Rusiyanın Daxili İşlər Nazirliyinin yol hərəkəti təhlükəsizliyinin təminatı Udmurtiya Baş İdarəsi tərəfindən Alina Zahitovaya qarşı inzibati iş açıldı. Buna səbəb mayın 1-də Alina Zahitovanın rəsmi Instagram hesabında avtomobil idarə etməsini göstərən videonun yayımlanması göstərildi. O, Rusiyanın yol hərəkəti haqqında Qanunun 2.1.1-ci maddəsinə əsasən (18 yaşına çatmayan vətəndaşın avtomobil idarə etməsi) ittiham olundu. Habelə avtomobili qanunsuz formada idarə edən Alina Zahitova, təhlükəsizlik kəmərindən istifadədə etməyib. Həmin ittihamlara əsasən o, 5000-15000 rus rublu arasında cərimələnə bilər.

Karyerası

2015—2016-cı illər mövsümü:

2015-2016-cı illər mövsümündə ISU gənclər arasında Qran-Pri seriyalı yarışlara qatılmaq hüququ olmayan Alina Zahitova (həmin yarışlara qatılmaq üçün idmançının 14 yaşı tamam olmalıdır), həmin mövsümdə yalnızca bir yarışda, gənclər arasında Rusiya Çempionatında çıxış etdi. Çempionatın qısa proqramını 52.86 balla 12-ci pillədə başa vuran Zahitova, sərbəst proqramda 108.08 bal topladı və 8-ci yeri tutdu. Ümumi nəticədə isə Alina Zahitova gənclər arasında Rusiya Çempionatını 160.94 balla 9-cu pillədə başa vurdu.

2016—2017-ci illər mövsümü: Gənclər arasında Qran-Pri və Dünya çempionluğu

Alina Zaqitova gənclər arasında Dünya Çempionatında (2017-ci il)

Alina Zaqitova 2016-2017-ci illər mövsümündən etibarən gənclər arasında beynəlxalq yarışlarda çıxış etməyə başladı. O, həmin mövsüm birinci yarışına avqust ayında Fransanın Sen-Jerve-le-Ben şəhərində qatıldı. Alina Zaqitova qısa proqramda 68.08 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə 126.30 bal toplayan Alina Zaqitova, ümumi nəticədə 194.38 balla gənclər arasında Fransa Qran-Prisinin qızıl medalına sahib oldu. Bu qızıl medal, onun beynəlxalq yarışlarda qazandığı birinci medal oldu.

[1]

[2]

[3]

Sentyabr ayında Alina Zaqitova, Sloveniyanın Lyublyana şəhərində analoji yarışa qatıldı. Gənclər arasında Qran-Pri yarışının Sloveniya mərhələsində o, qısa proqramda 68.10 bal topladı və birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə uğursuz çıxış edib 110.30 bal toplayan Alina Zaqitova, ümumi nəticədə 178.40 balla gənclər arasında Sloveniya Qran-Prisinin bürünc medalına sahib oldu.

[4]

[5]

[6]

2016-cı ilin son ayında Alina Zaqitova, gənclər arasında ISU Qran-Pri Finalında mübarizə apardı. Fransanın Marsel şəhərində baş tutan yarışda o, altı idmançı arasında favorit göstərilirdi. Qısa proqramda Alina Zaqitova çıxışını səhvsiz təqdim etdi və 70.92 balla birinci yeri tutdu. Sərbəst proqramdada o, çıxışını səhvsiz təqdim etdi və 136.52 balla birinci pillənin sahibi oldu. Bununla da Alina Zaqitova, ümumi nəticədə 207.44 balla 2016-2017-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.

14 yaşlı Alina Zaqitova həmin il sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Çempionatı qısa proqramında o, 74.26 bal topladı və üçüncü yeri tutdu. Sərbəst proqramda isə Alina Zaqitova, 146.95 bal topladı və ümumi nəticədə 221.21 balla qızıl medal qazanan Yevgeniya Medvedevadan sonra Rusiya Çempionatını 18 idmançı sırasında 2-ci yerdə başa vurdu və yarışın gümüş medalına sahib oldu. Həmin gümüş medal onun Rusiya Çempionatında qazandığı birinci medal oldu.

2017-ci ildə Alina Zaqitova birinci yarışına gənclər arasında Rusiya Çempionatında qatıldı. Bir müddət əvvəl Rusiya Çempionatının gümüş medalına sahib olan Alina Zaqitova, bu səfər gənclər arasında analoji yarışın favoriti göstərilirdi. Qısa proqramı ciddi səhv olmadan başa vuran Alina Zaqitova, 74.46 bal topladı və birinci yeri tutdu. Sərbəst proqramda isə o, 146.95 bal topladı və ümumi nəticədə 216.82 balla 18 idmançı sırasında ən yaxın izləyicisi olan Stanislava Konstantinovanı 11.76 bal fərqi ilə geridə qoydu və birinci dəfə gənclər arasında Rusiya Çempionatının qalibi oldu.

2017-ci ilin əvvəlində gənclər arasında Rusiya Çempionatının qalibi olan Alina Zaqitova, Ərzurum şəhərinin ev sahibliyində baş tutan XIII Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalına (AYOF—2017) qatıldı. Qısa proqramda 58.30 bal, sərbəst proqramda isə 128.76 bal toplayan Alina Zaqitova, ümumi nəticədə 187.06 balla XIII Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının çempionu oldu.

Alina Zaqitova 2016-2017-ci illər mövsümünün həm sonuncu, həm də əsas yarışına mart ayında Tayvanın Taybey şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı çərçivəsində qatıldı. Qısa proqramda çıxışını ciddi səhv olmadan başa vuran Alina Zaqitova, 70.58 bal topladı və həmin proqramı birinci pillədə bitirdi. Sərbəst proqramda isə o, daha uğurlu çıxış etdi. Sərbəst proqramda çıxışını ciddi səhv olmadan başa vuran Alina Zaqitova, 138.02 bal topladı və həmin proqramıda birinci yerdə başa vuraraq ümumi nəticədə birinci pilləni tutdu və gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.

14 yaşlı Alina Zaqitova 2016-2017-ci illər mövsümündə 7 yarışa qatıldı. Həmin yarışları o, beş qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu.

2017—2018-ci illər mövsümü: Avropa və Pxençxan Olimpiadası çempionluğu

Gənclər arasında yarışlarda çıxış etməyi dayandıran Alina Zahitova, 2017-2018-ci illər mövsümündə birinci yarışına İtaliyanın Berqamo şəhərinin ev sahibliyində baş tutan Lombardia Trophy yarışı çərçivəsində qatıldı. Yarışın qısa proqramında 72.30 bal, sərbəst proqramında isə 148.18 bal toplayan Alina Zahitova, ümumi nəticədə 220.48 balla birinci yeri tutdu. Lombardia Trophy yarışının qalibi olan Alina Zahitova, seniorlar arasında beynəlxalq yarışlarda birinci qızıl medalına sahib oldu.

Japan Open

Həmin çempionluğdan sonra o, Çinin Pekin şəhərində baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsinə qatıldı. Qısa proqramda o, uğursuz çıxış etdi və 70.44 balla dördüncü yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova 144.44 bal topladı və birinci yeri tutdu. Bu minvalla ümumi nəticədə 214.88 bal toplayan Alina Zahitova, Çin Qran-Prisinin qalibi oldu.

Həmin ilin noyabr ayında Alina Zahitova daha bir ciddi yarışda mübarizə apardı. O, Fransanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsinə qatıldı. O, qısa proqramda olan çıxışı zamanı bir sıra səhvlər etdi və nəticədə 62.46 balla beşinci yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova, çıxışını səhvsiz təqdim etdi və 152.34 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə 214.80 bal toplayan Alina Zahitova, ISU Qran-Pri yarışının Fransa mərhələsi hesab olunan "Internationaux de France" yarışının qızıl medalına sahib oldu. Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 qızıl medal qazanan Alina Zahitova, Yaponiyanın Nagoya şəhərində baş tutan Qran-Pri yarışının Finalında çıxış etmə hüququ qazandı.

Nagoya şəhərinin ev sahibliyində baş tutan yarışın qısa proqramında Alina Zahitova 76.28 bal topladı və yalnızca Kanada nümayəndəsi Ketlin Osmonddan geri qaldı. Alina Zahitova uğurlu çıxışını sərbəst proqramdada davam etdirdi. Həmin proqramda 148.04 bal toplayan Alina Zahitova, ümumi nəticədə 224.32 balla bütün rəqiblərini geridə qoydu və debüt mövsümündəcə ISU Qran-Pri yarışının Finalının qalibi oldu.

15 yaşlı Alina Zahitova 2017-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Ötən çempionatda gümüş medal qazanan Alina Zahitova, bu səfər çempionatın qızıl medalına sahib oldu. Qısa proqramda 78.15 bal Alina Zahitova, sərbəst proqramda 155.45 bal topladı və ümumi nəticədə 233.60 balla birinci dəfə Rusiya Çempionatının qalibi oldu. O, mövsüm ərzində qatıldığı bütün yarışlarda qızıl medal qazandı. Məhz bütün bu uğurlara görə Alina Zahitova, Avropa Çempionatlarında Rusiya yığmasının heyəti daxil edildi. Həmin Avropa Çempionatı həmdə fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarından əvvəl sonuncu yarış idi.

2018-cı ilin yanvar ayında Moskva şəhərinin ev sahibliyində baş tutan çempionatda Alina Zahitova, Avropa Çempionatlarında debüt etdi. Qısa proqramda o, 80.27 bal topladı. Həmin nəticəyə əsasən o, qısa proqramı 40 idmançı sırasında birinci yerdə başa vurdu. Sərbəst proramdada Alina Zahitova uğurla çıxış etdi. Həmin proqramda 157.97 bal toplayan Alina Zahitova, ümumi nəticədə 238.94 balla birinci pillənin sahibi oldu və Avropa Çempionatının qalibi oldu. Gümüş medalı digər Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, bürünc medalı isə İtaliya nümayəndəsi Karolina Kostner qazandı.

XXIII Qış Olimpiya Oyunları

Mövsüm ərzində Qran-Pri Finalında və Avropa Çempionatında qalib gələn Alina Zahitova mövsümün əsas yarışında çıxış etdi. Fevralın 8-dən 25-nə qədər Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarına Rusiya idmançıları Rusiya yığmasının heyətində yox, Rusiyanın Olimpiya idmançıları yığmasının heyətində qatıldı. Buna səbəb 2017-ci ilin son ayında Beynəlxalq Olimpiya Komitəsinin Rusiya idmançılarının sistemli formada dopinqdən istfadə etməsi hadisəsinə verilən cəzadır. Həmin idmançılar yarışlarda Olimpuya bayrağı altında çıxış etdilər və təltifetmə mərasimləri zamanı Rusiya bayrağı əvəzinə Olimpya bayrağı qaldırıldı, Rusiya himni əvəzinə isə Olimpiya himni səsləndirildi. 168 idmançının həmin yığmanın heyətində çıxış etdiyi Pxençxan Olimpiadasında Alina Zahitova, medala iddialı idmançılardan idi.

Fiqurçuların yarışı Pxençxan şəhərində Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan Kannın buz sarayında baş tutdu. Olimpiya cədvəlinə əsasən birinci növbədə yığmalar mübarizə apardı, daha sonra isə fərdi idmançılar mübarizə apardı. Komanda yarışlarında 10 yığma sırasında Kanada, Rusiyanın Olimpiya idmançıları, Birləşmiş Ştatlar və Yaponiya yığmaları əsas favoritlər hesab olunurdu. Rusiyanın Olimpiya idmançıları yığmasının heyətinə 9 fiqurçu daxil edildi: Kişilərin yarışı üçün Mixail Kolyada, qadınlar yarışı üçün Yevgeniya Medvedeva və Alina Zahitova, cütlərin yarışı üçün Yevgeniya Tarasova/Vladimir Morozov və Natalya Zabiyako/Aleksandr Enbert duetləri, buzüstü rəqs yarışları üçün Yekaterina Bobrova/Dmitri Solovyev dueti Rusiyanın Olimpiya idmançıları yığmasının heyətində çıxış etdi.

Fevralın 9-da baş tutan yarışda Mixail Kolyada 10 idmançı sırasında 8-ci pillənin sahibi oldu yığmasına 3 bal qazandırdı. Həmin gün çıxış edən Tarasova/Morozov cütlüyü isə birinci yeri tutdu və yığmasına 10 bal qazandırdı. Fevralın 11-də baş tutan yarışda isə Bobrova/Solovyov cütlüyü üçüncü pillənin sahibi oldu və yığmasına 8 bal qazandırdı. Həmin gün sonuncu çıxış edən Yevgeniya Medvedyeva isə birinci yeri tutdu və yığmasına 10 bal qazandırdı. Qısa proqramda sonra 10 yığmadan 6-10-cu yerləri tutan yığmalar mübarizəni dayandırdı. Həmin proqramdan sonra Rusiyanın Olimpiya idmançıları yığması 31 balla 2-ci pillədə idi və 35 bal toplayan Kanada yığmasından geri qalırdı. Həmin proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Rusiyanın Olimpiya idmançıları yığması isə cütlərin yarışında çıxış edən Tarasova/Morovoz cütlüyünü, Zabiyako/Enbert cütlüyünə, qadınların yarışında çıxış edən Yevgeniya Medvedevanı isə Alina Zahitovaya əvəz etdi.

Sərbəst proqram fevralın 12-də baş tutdu. Kişilərin yarışında Kolyada bu səfər 2-ci yeri tutdu və yığmasına 9 bal qazandırdı. Kişilərin ardından buzüstünə çıxışları təqdim etmə üçün qadınlar çıxdı. Alina Zahitova çıxışını ciddi səhv olmadan başa vurdu və onun çıxışı münsiflər heyəti tərəfindən 158.08 balla qiymətləndirildi. O, bu nəticəyə əsasən beş idmançı sırasında birinci yeri tutdu və yığmasında əhəmiyyətli 10 bal qazandırdı.

Kompozisiyaları

Mövsüm
Qısa proqram
Sərbəst proqram
2015-2016
  • «The Pink Panther» filmindən bəstə
    repertuar: Henry Mancini
2016-2017
  • «Samson and Deliah» operasından bəstə
    repertuar: Camille Saint-Saens
2017-2018
  • «Black Swan» filmindən bəstə
    repertuar: Clint Mansell

  • «Moonlight» filmindən
    The Middle of the Word bəstəsi
    repertuar: Nicholas Britell
2018-2019
  • «The Phantom of the Opera» müziklindən bəstə
    repertuar: Andreu Lloyd Vebber
  • «Carmen» operasından bəstə
    repertuar: Georges Bizet

Uğurları

Karyerası ərzində 5 mövsümdə mübarizə aparan Alina Zaqitova, 18 qızıl, 6 gümüş və 2 bürünc medala sahib olub.

Yarış
Mövsümlər
15-16
16-17
17-18
18-19
19-20
20-21
Beynəlxalq yarışlar
Olimpiya Oyunları
1-ci
Dünya Çempionatı
5-ci
1-ci
Avropa Çempionatı
1-ci
2-ci
Qran-Pri: Final
1-ci
2-ci
6-cı
Qran-Pri: Çin
1-ci
Qran-Pri: Finlandiya
1-ci
Qran-Pri: Fransa
1-ci
2-ci
Qran-Pri: Rusiya
1-ci
Qran-Pri: Yaponiya
3-cü
“Lombardia Trophy”
1-ci
“Nebelhorn Trophy”
1-ci
Gənclər arasında beynəlxalq yarışlar
Dünya Çempionatı
1-ci
Qran-Pri: Final
1-ci
Qran-Pri: Fransa
1-ci
Qran-Pri: Sloveniya
3-cü
Avropa Yeniyetmələrinin Olimpiya Festivalı
1-ci
Komanda yarışları
Olimpiya Oyunları
2-ci
“Japan Open”
1-ci
2-ci
1-ci
Rusiya daxili yarışlar
Rusiya Çempionatı
2-ci
1-ci
5-ci
Gənclərin Rusiya Çempionatı
8-ci
1-ci
WD — Mübarizə aparmadı / C — Təxirə salındı

Nəticələri

Sıra
Tarix
Yarış
Ev sahibi
QP
SP
Cəmi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2015–2016-cı illər mövsümü
1.
18.01.2016
24.01.2016
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
52.86
12
108.08
8
160.94
8-ci
2016–2017-ci illər mövsümü
2.
24.08.2016
28.08.2016
ISU Gənclərin Fransa Qran-Prisi Fransa Fransa
68.08
1
126.30
1
194.38
1-ci
3.
22.09.2016
24.09.2016
ISU Gənclərin Sloveniya Qran-Prisi Sloveniya Sloveniya
68.10
1
110.30
4
178.40
3-cü
4.
08.12.2016
12.12.2016
ISU Gənclərin Qran-Pri Finalı Fransa Fransa
70.92
1
136.52
1
207.44
1-ci
5.
20.12.2016
26.12.2016
Rusiya Çempionatı Rusiya Rusiya
75.26
3
146.96
2
222.22
2-ci
6.
01.02.2017
05.02.2017
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
74.46
1
142.36
1
216.82
1-ci
7.
12.02.2017
15.02.2017
Avropa Yeniyetmələrinin Olimpiya Festivalı Türkiyə Ərzurum
58.30
1
128.76
1
187.06
1-ci
8.
15.03.2017
20.03.2017
Gənclərin Dünya Çempionatı Tayvan Tayvan
70.58
1
138.02
1
208.60
1-ci
2017–2018-ci illər mövsümü
9.
14.09.2017
18.09.2017
“Lombardia Trophy” İtaliya İtaliya
72.30
3
148.18
1
220.48
1-ci
10.
05.10.2017
06.10.2017
“Japan Open” Yaponiya Yaponiya
145.28
3
615.35
1-ci
11.
02.11.2017
05.11.2017
ISU Çim Qran-Prisi Çin Çin
70.44
4
144.44
1
214.88
1-ci
12.
16.11.2017
20.11.2017
ISU Fransa Qran-Prisi Fransa Fransa
62.46
1
152.34
1
214.80
1-ci
13.
06.12.2017
10.12.2017
ISU Qran-Pri Finalı Yaponiya Yaponiya
76.28
1
148.04
1
224.32
1-ci
14.
20.12.2017
24.12.2017
Rusiya Çempionatı Rusiya Rusiya
78.15
1
156.56
1
234.60
1-ci
15.
15.01.2018
22.01.2018
Avropa Çempionatı Rusiya Rusiya
80.28
1
157.98
1
238.25
1-ci
16.
08.02.2018
12.02.2018
Olimpiya Oyunları (Komanda) Cənubi Koreya Cənubi Koreya
158.08
1
66
2-ci
17.
14.02.2018
25.02.2018
Olimpiya Oyunları Cənubi Koreya Cənubi Koreya
82.92
1
157.65
2
240.57
1-ci
18.
18.03.2018
25.03.2018
Dünya Çempionatı İtaliya İtaliya
80.52
2
128.22
7
208.74
5-ci
2018–2019-cu illər mövsümü
19.
26.09.2018
30.09.2018
“Nebelhorn Trophy” Slovakiya Bratislava
75.92
1
164.78
1
240.70
1-ci
20.
05.10.2018
06.10.2018
“Japan Open” Yaponiya Yaponiya
160.18
1
558.14
2-ci
21.
02.11.2018
04.11.2018
ISU Finlandiya Qran-Prisi Finlandiya Finlandiya
68.90
1
146.40
1
215.30
1-ci
22.
16.11.2018
18.11.2018
ISU Rusiya Qran-Prisi Rusiya Rusiya
80.78
1
142.18
1
222.96
1-ci
23.
06.12.2018
10.12.2018
ISU Qran-Pri Finalı Kanada Kanada
77.94
2
148.60
2
226.54
2-ci
24.
18.12.2018
24.12.2018
Rusiya Çempionatı Rusiya Rusiya
80.62
1
131.42
12
212.04
5-ci
25.
20.01.2019
28.01.2019
Avropa Çempionatı Belarus Belarus
75.00
1
125.34
4
200.34
2-ci
26.
18.03.2019
24.03.2019
Dünya Çempionatı Yaponiya Yaponiya
82.08
1
156.42
1
238.50
1-ci
2019–2020-ci illər mövsümü
27.
05.10.2019
06.10.2019
“Japan Open” Yaponiya Yaponiya
154.42
2
614.74
1-ci
28.
01.11.2019
04.11.2019
ISU Fransa Qran-Prisi Fransa Fransa
74.24
2
141.82
3
216.06
2-ci
29.
22.11.2019
24.11.2019
ISU Yaponiya Qran-Prisi Yaponiya Yaponiya
66.84
4
151.16
3
218.00
3-cü
30.
05.12.2019
08.12.2019
ISU Qran-Pri Finalı İtaliya İtaliya
80.60
2
125.64
6
206.44
6-cı

Dövlət təltifləri

Mənbələr

Keçidlər

İstinadlar

  1. "ISU Junior Grand Prix France, 2016 / Ladies / Short Program" (ing.)). 28.08.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  2. "ISU Junior Grand Prix France, 2016 / Ladies / Free Program" (ing.)). 28.08.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  3. "ISU Junior Grand Prix France, 2016 / Ladies / Results" (ing.)). 28.08.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  4. "ISU Junior Grand Prix Slovenia, 2016 / Ladies / Short Program" (ing.)). 24.09.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  5. "ISU Junior Grand Prix Slovenia, 2016 / Ladies / Free Program" (ing.)). 24.09.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  6. "ISU Junior Grand Prix Slovenia, 2016 / Ladies / Results" (ing.)). 24.09.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.