Alina Marat qızı Kabayeva (tatar. Әлинә Марат кызы Кабаева, Älinä Marat qızı Qabayeva; 12 may 1983[1], Daşkənd) — Rusiyanın əməkdar idman ustası, təqaüdçü bədii gimnastı və siyasətçisi, 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatı, İki olimpiya medalını, dünya çempionatında 14 medalı və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnast.
Alina Kabayeva | |
---|---|
tatar. Әлинә Марат кызы Кабаева rus. Алина Маратовна Кабаева | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 12 may 1983[1] (41 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Boyu | 196 sm |
Çəkisi | 50 kq |
İdman növü | bədii gimnastika |
Karyera illəri | 1996–2007 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
1983-cü il may ayının 12-də Daşkənddə anadan olub[2]. Kabayevanın atası tatar, anası isə rusdur.
Kabayeva Evgenia Kanayevadan sonra Rusiyanın ikinci ən çox uğur qazanmış bədii gimnastıdır.
Alina Kabayeva 3 yaşında olarkən məşqçi Marqarita Samuilovnanın rəhbərliyi ilə Bədii gimnastikaya başlayır. Onun atası Marat Kabayev peşəkar futbolçu olub. Atası futbol karyerası ilə bağlı tez- tez başqa dövlətlərdə olurdu. Bu zaman ailəsi də Marat Kabayevin özü ilə birlikdə Özbəkistan, Qazaxıstan və Rusiya kimi dövlətlərə gedirdi.
Gimnastikaya başlayan ilk günlərdə məşqçisi onu bəyənməmişdi. Çünki Kabayeva Bədii gimnastika üçün çirkin və ağır çəkidə idi. Bunlar da uğurlu gimnast olmaq üçün böyük maneə idi.
Alina gənc yaşlarında anası ilə birlikdə Rusiyaya köçür. Orada məşqçi İrina Vinerin başçılığı ilə məşqlərə başlayır. O, Viner ilə qalıb və 1996-cı ildə özünün beynəlxalq debütünü edir. 1998-ci ildə 15 yaşlı Kabayeva Portuqaliyada keçirilən Avropa çempionatında qızıl medal qazanır. O zaman o, Amina Zaripova kimi, beynəlxalq səviyyədə tanınmış gimnastlarla mübarizə aparır. 1999-cu ildə Kabayeva üst-üstə ikinci dəfə Avropa çempionu olur və Yaponiyanın Osaka şəhərində Dünya çempionluğunu qazanır. O, yenidən Avropa çempionatını qazanmaq üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə gedir və 2003-cü ildə titulları sırasına digər dünya çempionu adını da əlavə edir.
2000-ci il Sidney yay olimpiadasında qızıl medalı qazanması gözlənilən A.Kabayeva finalda kiçik xətası üzündən bu istəyinə nail ola bilmədi. Buna baxmayaraq o, bürünc medalı qazandı.
2001-ci il Dünya Bədii Gimnastika Çempionatında gümüş medal əldə edir. 2001-də Avstraliyada keçirilən "Goodwill Games” (xoşməramlı oyunlar) Çempionatında top, klub və ip yarışlarında qızıl, çoxnövçülükdə isə fərdi şəkildə halqa ilə gümüş qazanır. 2004-cü il Afina Olimpiadasında Kabayeva 108,400 hesabla (halqa 26,800, top 27,350, Klublar 27,150, lent 27.100 xal) bədii gimnastikada çoxnövçülülükdə qızıl medala sahib olur.
2004-cü il oktyabr ayında Kabayeva idmanla vidalaşdığını elan etdi. Lakin 2005-ci ildə iyun ayında rusiyalı baş məşqçisi İrina Viner onun idmana qayıtmasını açıqladı. Kabayeva 10 Sentyabr 2005-ci il tarixində Genuada keçirilən İtaliya-Rusiya dostluq müsabiqəsində öz idman karyerasını yenidən bərpa etdi. 2006-cı il mart ayının 5-də o, yarışı ikinci və üçüncü bitirərək, həmvətənləri Vera Sesina və Olqa Kapranova ilə Qazprom Moskva Qran-Prisi qazandı. 2006-cı il Avropa çempionatında çoxnövçülükdə gümüş medalla kifayətləndi. Kabayeva 2007 Dünya Çempionatında ixtisaslaşmada 4-cü yerlə başa vurdu.
2005-ci ildən Kabaeva Rusiya İctimai Palatasının üzvü olub. 2001-ci ildə Yaponiyanın çəkdiyi "Red Shadow”("Qırmızı Kölgə”) adlı filmdə qısa epizodla iştirak edib. 2007-ci ildən Kabayeva Kremlin Birləşmiş Rusiya Partiyasının təmsil edən Rusiya parlamentinin, Dövlət Dumasının bir üzvüdür. 2008-ci ilin fevral ayından "Milli Media Qrupu İctimai Şurası”, "İzvestiya”, "Kanal 1” və "REN TV” nəzarət etdiyi media qrupunun rəhbəri olub. 2011-ci ilin yanvar ayından isə Rusiyanın moda dərgilərinin üz qabığında yer alır.