Anna Şerbakova

Anna Şerbakova (28 mart 2004, Moskva) — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. 2022-ci ilin fevralında Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarının çempionu. 2021-ci il Dünya Çempionatının qalibi. Avropa Çempionatlarının 2020 və 2022-ci illərdə gümüş medalçısı.

Anna Şerbakova
rus. Анна Станиславовна Щербакова
Anna Şerbakova 2021-ci ildə
Anna Şerbakova 2021-ci ildə
Şəxsi məlumatlar
Tam adı Anna Stanislavovna Şerbakova
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (20 yaş)
Doğum yeri Moskva, Rusiya
Boyu 158 sm. (5 ft 6 in)
İdman növü Fiqurlu konkisürmə
Karyera illəri 2007—
Məşqçisi Eteri Tutberidze (2013—)
Komandası «Sambo-70» İdman və Təhsil Müəssisəsinin “Xrustal” bölməsi
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası ərzində 24 turnirdə çıxış edən Anna Şerbakova onların 14-də qızıl, 6-da gümüş, 1-də isə bürünc medala sahib olub. Gənclər arasında ISU Qran-Pri turnirlərinin BratislavaKanada mərhələlərinin qalibi olan Şerbakova 2019-cu ildə Sarayevo şəhərində (Bosniya və Herseqovina) Avropa Gənclərinin Qış Olimpiya Festivalını qızıl, Zaqreb şəhərində (Xorvatiya) isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurub.

2019-cu ildə İtaliyada Lombardia Trophy turnirini qızıl, 2021-ci ildə Macarıstanda Budapest Trophy turnirini gümüş medallarla başa vuran Anna Şerbakova ISU Qran-Pri turnirlərinin ABŞ (2019), Çin (2019), Fransa (2021) və İtaliya (2021) mərhələlərinin qalibi olub.

Anna Şerbakova 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən «Dostluq» ordeni ilə təltif edilib.

Anna Şerbakova 2004-cü il martın 28-də anadan olub. Anna Şerbakova 3.5 yaşından idmanla məşğul olmağa başlayıb. 2007-ci ildə valideynləri onu "Sambo-70" İdman və Təhsil Müəssisəsinin "Xrustal" bölməsinə Yuliya Krasinsayanın qrupuna gətirib. Noyabr 2013-cü ildən isə Eteri Tutberidze onu öz qrupuna çağırıb.

2017—2018: Zədə səbəbilə buraxılan mövsüm

[redaktə | mənbəni redaktə et]

Anna Şerbakova 2017-2018-ci illər mövsümünün əvvəlindən ayağını sındırdı və bu səbəbdən mövsümün geniş bir hissəsini, o cümlədəm gənclər arasında ISU Qran-Pri turnirlərini buraxmalı oldu. 2018-ci ilin yanvarında Anna Şerbakova gənclər arasında Rusiya Çempionatında mübarizə apardı.[1] Həmin turnirin qısa proqramını Şerbakova 68.20 balla altıncı pillədə başa vursa da, sərbəst proqramda uğursuz çıxış elədi və 112.00 balla 16-cı pillənin sahibi oldu.[2][3] Ümumi nəticədə Anna Şerbakova gənclər arasında Rusiya Çempionatını 180.20 balla 12-ci pillədə başa vurdu. Bu uğursuzluqa baxmayaraq Anna Şerbakova bir ay sonra, fevralda Novqorod şəhərində baş tutan gənclər arasında Rusiya Kubojunun qalibi oldu (210.85 balla).

Anna Şerbakova 2019-cu ildə gənclərin Dünya Çempionatında

Anna Şerbakova 2018-2019-cu illər mövsümündə gənclər arasında beynəlxalq turnirlərdə mübarizə apardı. 22-25 avqustda Bratislava şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri turniri onun beynəlxalq turnirlərdə debütü idi.[4] Turnirin qısa proqramını Şerbakova 74.18 balla birinci pillədə başa vurdu.[5] Bu nəticəyə əsasən Şerbakova həm də Rusiya nümayəndəsi Anna Tarusinaya məxsus olan 68.48 ballıq dünya recordunu da yenilədi. Turnirin sərbəst proqramında da Şerbakova tarixi uğura imza atdı. 132.22 balla sərbəst proqramı da birinci pillədə başa vuran Şerbakova Yaponiya nümayəndəsi Yuhana Yohoiya məxsus olan 124.98 ballıq dünya recordunu da yenilədi.[6] Ümumi nəticədə Anna Şerbakova 206.40 balla gənclər arasında ISU Qran-Pri turnirinin Bratislava mərhələsinin qızıl medalına sahib oldu.[4]

Anna Şerbakovanın növbəti turniri 12-15 sentyabrda Kanadanın Riçmond şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin Kanada mərhələsi oldu.[7] Turnirin qısa proqramında Anna Şerbakova 65.08 balla birinci pillənin sahibi oldu.[8] Sərbəst proqramı da Şerbakova birinci pillədə başa vurdu (130.50 balla).[9] Bu minvalla da Anna Şerbakova ümumi nəticədə 195.58 balla gənclər arasında ISU Qran-Pri turnirinin Kanada mərhələsinin qalibi oldu.[7] Mövsüm ərzində gənclər arasında ISU Qran-Pri turnirlərini 2 qızıl medalla başa vuran Anna Şerbakova gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.[4][7]

Kanadada baş tutan gənclər arasında ISU Qran-Pri Finalının favoritlərindən biri olaraq Anna Şerbakova göstərilsə də, bu turnir onun üçün uğursuz oldu.[10] Turnirin qısa proqramı zamanı Şerbakova buzüstünə yıxıldı və bu onun nəticəsinə ciddi təsir göstərdi.[11] Nəticədə Şerbakova qısa proqramı 56.26 balla altı idmançı sırasında sonuncu pillədə başa vurdu.[11] Turnirin sərbəst proqramı da fərqlənmədi və çıxışı zamanı Şerbakova növbəti dəfə buzüstünə yıxıldı.[12] Nəticədə Şerbakova sərbəst proqramı 126.58 balla beşinci pillədə başa vurdu.[12] Ümumi nəticədə isə Anna Şerbakova gənclər arasında ISU Qran-Pri Finalında 182.84 balla beşinci pillənin sahibi oldu.[10]

Anna Şerbakovanın 2018-ci ildə sonuncu turniri Rusiya Çempionatı oldu.[13] Seniorların Rusiya Çempionatında debüt edən Şerbakova turnirin qısa proqramını 74.10 balla beşinci pillədə başa vurdu.[14] Çempionatın sərbəst proqramı isə Şerbakova üçün uğurlu oldu.[15] Sərbəst proqramda 156.70 balla birinci pillənin sahibi olan Şerbakova ümumi nəticədə 230.80 balla Rusiya Çempionatının qızıl medalına sahib oldu.[13][15] Bu 14 yaşlı Şerbakovanın həmin dönəmdə qazandığı ən ciddi uğur idi.

2019-cu ildə Anna Şerbakovanın birinci sınağı 1-4 fevralda Perm şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Rusiya Çempionatı oldu.[16] Seniorlar arasında Rusiya çempionu olan Şerbakova bu turnirin də favoriti idi.[16] Bununla belə Anna Şerbakova turnirin qalibi ola bilmədi.[16] Şerbakova turnirin qısa proqramında 78.18 bala sahib oldu və Alyona Kostornayadan geri qalaraq proqramı 2-ci pillədə başa vurdu.[17] Sərbəst proqramda isə Şerbakova 146.80 balla üçüncü pillənin sahibi oldu.[18] Ümumi nəticəyə əsasən Anna Şerbakova turniri 224.98 balla başa vurdu və gənclər arasında Rusiya Çempionatının bürünc medalına sahib oldu.[16]

Mövsümün əsas turniri martda baş tutan gənclər arasında ISU Dünya Çempionatı oldu. Bu turnirdən əvvəl Anna Şerbakova 10-14 fevralda Bosniya və Herseqovinanın Sarayevo şəhərinin ev sahibliyində baş tutan XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalında mübarizə apardı.[19] Turnirin qısa proqramını 72.58 balla birinci pillədə başa vuran Anna Şerbakova sərbəst proqramda da uğurla çıxış elədi və 130.22 balla birinci pillənin sahibi oldu.[19] Bu minvalla da Anna Şerbakova ən yaxın izləyicisi olan İtaliya nümayəndəsi Lucrezia Beccarini 28.10 balla geridə qoyaraq ümumi nəticədə 202.80 balla XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının qızıl medalına sahib oldu.[19]

2018-2019-cu illər mövsümünün əsas turniri 4-10 martda Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı.[20] Turnirin qısa proqramı gərgin idman mübarizəsi şəraitində baş tutdu.[21] Nəticədə Şerbakova qısa proqramı 72.86 balla birinci pillədə başa vurdu.[21] Şerbakova ən yaxın izləyicisi olan Aleksandra Trusovanı 0.36 balla qabaqladı.[21] Sərbəst proqramda gərgin idman mübarizəsi şəraitində baş tutdu.[22] Şerbakova bu səfər proqramı 148.08 balla başa vurdu və Aleksandra Trusovadan 2.32 bal geri qalaraq 2-ci pillənin sahibi oldu.[22] Ümumi nəticədə isə Anna Şerbakova 220.94 balla gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[20] Anna Şerbakova 2018-2019-cu illər mövsümünü dörd qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu.

Anna Şerbakova 2019-cu ildə ISU Çin Qran-Prisində

2019-2020-ci illər mövsümündən Anna Şerbakova seniorlar arasında beynəlxalq turnirlərdə çıxış elədi. Mövsümün əvvəlində, 12-15 sentyabrda Anna Şerbakova İtaliyanın Berqamo şəhərində baş tutan Lombardia Trophy turnirində mübarizə apardı. Turnirin qısa proqramını Şerbakova 68.74 balla başa vuraraq Rusiya nümayəndəsi Yelizaveta TuxtamışevaCənubi Koreya nümayəndəsi Yu Yundan sonra üçüncü pillənin sahibi oldu.[23] Turnirin sərbəst proqramında isə Şerbakova uğurla çıxış elədi və bütün rəqiblərinə geridə qoyaraq 151.48 balla birinci pillənin sahibi oldu.[24] Ümumi nəticədə isə Anna Şerbakova 220.22 balla Lombardia Trophy turnirinin qalibi oldu.[25]

Anna Şerbakovanın ISU Qran-Pri turnirlərində debütü Birləşmiş Ştatların Las-Veqas şəhərinin ev sahibliyində baş tutan mərhələsində oldu. Turnirin qısa proqramı Şerbakova üçün uğursuz oldu və o, 68.60 balla dördüncü pillədə qərarlaşdı.[26] Bununla belə Şerbakova sərbəst proqramda liderlərlə yaranan fərqi aradan qaldırmağa nail oldu. Sərbəst proqramda çıxışı 160.16 balla qiymətləndirilən Şerbakova birinci pillənin sahibi oldu.[27] Sərbəst proqramın nəticəsi ümumi nəticəyə də ciddi təsir göstərdi. Bu minvalla Anna Şerbakova 228.76 balla ISU Qran-Pri turnirinin ABŞ mərhələsinin qızıl medalına sahib oldu.[28]

Anna Şerbakovanın növbəti turniri 8-10 noyabrda Çində baş tutan ISU Qran-Pri turnirinin Çin mərhələsi oldu. Turnirin qısa proqramında Şerbakovanın çıxışı 75.52 balla qiymətləndirildi və o, bu nəticəyə əsasən birinci pillənin sahibi oldu.[29] Sərbəst proqramda da Şerbakova uğurla çıxış elədi və proqramı 152.54 balla birinci pillədə başa vurdu.[30] Ümumi nəticədə isə Anna Şerbakova 228.06 balla ISU Qran-Pri turnirinin Çin mərhələsinin qalibi oldu.[31] Mövsüm ərzində ISU Qran-Pri turnirlərinin ABŞ və Çin mərhələlərini qızıl medallarla başa vuran Anna Şerbakova ISU Qran-Pri Finalına vəsiqə qazandı.

ISU Qran-Pri Finalı İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutdu. Turnirin qısa proqramında Şerbakovanın çıxışı 78.28 balla qiymətləndirildi və o, Rusiya nümayəndələri Alyona KostornayaAlina Zahitovadan geri qalaraq proqramı üçüncü pillədə başa vurdu.[32] Sərbəst proqram isə Şerbakova üçün uğurlu oldu. Şerbakova sərbəst proqramı 162.66 balla birinci pillədə başa vurdu.[33] Ümumi nəticədə isə Anna Şerbakova 240.94 balla Rusiya nümayəndəsi Alyona Kostornayadan geri qalaraq 2-ci pillənin sahibi oldu və ISU Qran-Pri Finalını gümüş medalla başa vurdu.[34]

Anna Şerbakova üçün 2019-cu ilin son turniri Rusiya Çempionatı oldu.[35] Son Rusiya çempionu Anna Şerbakova bu səfər də turnirin favoriti idi. Turnirin qısa proqramı gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Şerbakovanın qısa proqramda çıxışı 80.94 balla qiymətləndirildi və o, Alyona Kostornayadan geri qalaraq proqramı 2-ci pillədə başa vurdu.[36] Sərbəst proqram isə Şerbakova üçün uğurlu oldu.[37] Şerbakovanın sərbəst proqramda çıxışı 181.94 balla qiymətləndirildi və o, bu nəticəyə əsasən proqramı birinci pillədə başa vurdu. Ümumi nəticədə isə Anna Şerbakova 262.88 balla növbəti dəfə Rusiya Çempionatının qalibi oldu.

Mövsümün birinci əsas turniri 20-26 yanvarda Avstriyanın Qrats şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatı oldu.[38] Avropa Çempionatında Rusiyanı Aleksandra Trusova, Alyona Kostornaya və Anna Şerbakova təmsil elədi. Yanvarın 24-də baş tutan qısa proqramda Şerbakovanın çıxışı 77.95 balla qiymətləndirildi.[39] Bu nəticəyə əsasən Şerbakova Alyona Kostornayadan geri qalaraq qısa proqramı 2-ci pillədə başa vurdu. Yanvarın 26-da baş tutan sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[40] Şerbakovanın çıxışı 160.82 balla qiymətləndirildi və o, bu nəticəyə əsasən proqamı birinci pillədə başa vurdu. Bununla belə ümumi nəticədə Anna Şerbakova 238.77 balla Avropa Çempionatının gümüş medalına sahib oldu. Turnirin qızıl medalına Rusiya nümayəndəsi Alyona Kostornaya, bürünc medalına isə digər Rusiya nümayəndəsi Aleksandra Trusova sahib oldu.

Avropa Çempionatından sonra Aleksandra Trusova, Alyona Kostornaya və Anna Şerbakova Rusiyanı mövsümün əsas turnirində – 16–22 martda Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutacaq Dünya Çempionatında təmsil eləməli idi. Amma Dünya Çempionatından beş gün əvvəl, martın 11-də ISU COVID-19 pandemiyası səbəbilə Dünya Çempionatının təxirə salındığını elan etdi. Anna Şerbakova 2019-2020-ci illər mövsümünü 3 qızıl və 2 gümüş medalla başa vurdu.

2020-2021-ci illər mövsümü COVID-19 pandemiyası səbəbilə idmançılar üçün çətin şərtlər altında aparıldı. ISU Qran-Pri turnirlərinin KanadaFransa mərhələləri bu səbəblə ləğv edildi. Nəticədə ISU Çində baş tutmalı olan Qran-Pri Finalın da ləğv edilməsi barədə qərar aldı.

Mövsüm ərzində Anna Şerbakova idman formasını qorumaq üçün Rusiya Kupası turnirinin mərhələlərində mübarizə apardı. Əvvəlcə Anna Şerbakova sentyabrda Ryazan şəhərində baş tutan mərhələdə çıxış elədi. Turnirin qısa proqramını Şerbakova 82.14 balla birinci pillədə başa vurdu. Sərbəst proqramda isə 164.28 balla birici pillənin sahibi olan Anna Şerbakova ümumi nəticədə 246.42 balla turniri qızıl medalla başa vurdu. Daha sonra Anna Şerbakova Soçi şəhərində baş tutan mərhələdə mübarizə apardı. Qısa proqramı 78.48 balla 2-ci pillədə başa vuran Şerbakova sərbəst proqramda 162.44 balla birinci pillənin sahibi oldu. Bu minvalla da Anna Şerbakova ümumi nəticədə 240.92 balla turnirin qalibi oldu.

Anna Şerbakova noyabrda Rusiyada baş tutan Rostelecom Cup beynəlxalq turnirində çıxış eləməli idi. Amma tibbi səbəblərə görə onun turnirdə mübarizə aparmasına icazə verilmədi. Bir sıra mənbələrdə onun ağciyər iltihabı olduğu bildirilsə də rəsmi açıqlama verilmədi.

Mövsümün birinci nüfuzlu turniri Rusiya Çempionatı oldu. Son Rusiya çempionu Anna Şerbakova bu səfər də qızıl medala iddialı idi. Turnirin qısa proqramında Şerbakovanın çıxışı 80.32 balla qiymətləndirildi. Bu nəticəyə əsasən Şerbakova qısa proqramı birinci pillədə başa vurdu. Sərbəst proqram da Şerbakova üçün uğurlu oldu. Şerbakovanın çıxışı 184.80 balla qiymətləndirildi və o, sərbəst proqramı birinci pillədə başa vurdu. Bu minvalla da Anna Şerbakova ümumi nəticədə 265.12 balla Rusiya Çempionatının qızıl medalına sahib oldu.

2021-ci ilin 25-31 yanvarında Xorvatiyanın Zaqreb şəhərində Avropa Çempionatı baş tutmalı idi. Amma ISU tərəfindən alınan qərara əsasən Avropa Çempionatı COVID-19 pandemiyası səbəbilə ləğv edildi.

[41]

[42]

[43]

[44]

[45]

[46]

[47]

[48]

[49]

COMMONSUN FOTOLARI -

[50]

[51]

[52]

[53]

[54]

[55]

[56]

[57]

[58]

[59]

[60]

[61]

[62]

[63]

[64]

[65]

[66]

[67]

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Karyerası ərzində 5 mövsümdə mübarizə aparan Anna Şerbakova 14 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. Olimpiya Oyunlarında 2022-ci ildə mübarizə aparan Anna Şerbakova olimpiadanın qalibi oldu. Karyerası ərzində cəmi bir dəfə Dünya Çempionatlarında çıxış edən Şerbakova həmin turniri də qızıl medalla başa vurub. Avropa Çempionatlarında da isə Şerbakova 2020 və 2022-ci illərdə çıxış elədi və hamısında turnirin gümüş medalına sahib oldu.

Yarış
Mövsümlər
17–18
18–19
19–20
20–21
21–22
Beynəlxalq yarışları
Olimpiya Oyunları
1-ci
Dünya Çempionatı
C[a]
1-ci
B[b]
Avropa Çempionatı
2-ci
C[c]
2-ci
Qran-Pri: Final
2-ci
C[d]
Qran-Pri: ABŞ
1-ci
Qran-Pri: Çin
1-ci
Qran-Pri: Fransa
1-ci
Qran-Pri: İtaliya
1-ci
Qran-Pri: Rusiya
WD
Lombardia Trophy
1-ci
Budapest Trophy
2-ci
Gənclər arasında beynəlxalq yarışları
Dünya Çempionatı
2-ci
Qran-Pri: Final
5-ci
Qran-Pri: Kanada
1-ci
Qran-Pri: Bratislava
1-ci
EYOF
1-ci
Komanda yarışları
Dünya Çempionatı
1-ci
Rusiya daxili yarışları
Rusiya Çempionatı
1-ci
1-ci
1-ci
2-ci
Gənclərin Rusiya Çempionatı
12.
3-cü
WD — Mübarizə aparmadı / C — Təxirə salındı / B — Kənarlaşdırıldı
 1.  — çempion /  2.  — gümüş medalçı /  3.  — bürünc medalçı

Kompozisiyaları

[redaktə | mənbəni redaktə et]
Mövsüm
Proqram
Qısa proqram
Sərbəst proqram
2017–2018
  • «Dreamcatcher»
    repertuar: Secret Garden
2018–2019
2019–2020
  • «Six Gnossiennes: No.1: Lent»
    repertuar: Eri Sati
  • «Od quşu» baletindən bəstələr
    repertuar: İqor Stravinsi
    xoreoqraf: Daniil Gleyxenqauz
2020–2021
  • «O Doux Printemps D'autrefois»
    repertuar: Jul Masne
    xoreoqraf: Daniil Gleyxenqauz
  • «Morning Passages»
    repertuar: Filip Qlas
  • «Forgiveness»
    repertuar: Panu Aalti
  • «Secrets»
    repertuar: OneRepublic
    xoreoqraf: Daniil Gleyxenqauz
2021–2022
Sıra
Tarix
Yarış
Ev sahibi
QP
SP
Cəmi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer

2017–2018-ci illər mövsümü

1.
22.01.2018
26.01.2018
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
68.20
6
112.00
16
180.20
12-ci

2018–2019-cu illər mövsümü

2.
22.08.2018
25.08.2018
Gənclərin ISU Bratislava Qran-Prisi Slovakiya Bratislava
74.18
1
132.22
1
206.40
1-ci
3.
12.09.2018
15.09.2018
Gənclərin ISU Kanada Qran-Prisi Kanada Kanada
65.08
1
130.50
1
195.58
1-ci
4.
06.12.2018
10.12.2018
Gənclərin ISU Qran-Pri Finalı Kanada Kanada
56.26
6
126.58
5
182.84
5-ci
5.
18.12.2018
24.12.2018
Rusiya Çempionatı Rusiya Rusiya
74.10
5
156.70
1
230.80
1-ci
6.
01.02.2019
04.02.2019
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
78.18
2
146.80
3
224.98
3-cü
7.
12.02.2019
14.02.2019
Avropa Gənclər Olimpiya Festivalı Bosniya və Herseqovina Bosniya və Herseqovina
72.58
1
130.22
1
202.80
1-ci
8.
04.03.2019
10.03.2019
Gənclərin Dünya Çempionatı Xorvatiya Xorvatiya
72.86
1
148.08
2
220.94
2-ci

2019–2020-ci illər mövsümü

9.
12.09.2019
15.09.2019
Lombardia Trophy İtaliya İtaliya
68.74
3
151.48
1
220.22
1-ci
10.
18.10.2019
20.10.2019
ISU ABŞ Qran-Prisi ABŞ ABŞ
68.60
4
160.16
1
228.76
1-ci
11.
08.11.2019
10.11.2019
ISU Çin Qran-Prisi Çin Çin
75.52
1
152.54
1
228.06
1-ci
12.
05.12.2019
08.12.2019
ISU Qran-Pri Finalı İtaliya İtaliya
78.28
3
162.66
1
240.94
2-ci
13.
26.12.2019
30.12.2019
Rusiya Çempionatı Rusiya Rusiya
80.94
2
181.94
1
262.88
1-ci
14.
24.01.2020
25.01.2020
Avropa Çempionatı Avstriya Avstriya
77.95
2
160.82
1
238.77
2-ci

2020–2021-ci illər mövsümü

15.
20.11.2020
22.11.2020
ISU Rusiya Qran-Prisi Rusiya Rusiya
WD
WD
WD
16.
22.12.2020
28.12.2020
Rusiya Çempionatı Rusiya Rusiya
80.32
1
184.80
1
265.12
1-ci
17.
22.03.2021
28.03.2021
Dünya Çempionatı İsveç İsveç
82.00
1
152.18
2
234.18
1-ci
18.
15.04.2021
18.04.2021
Komandalararası Dünya Çempionatı Yaponiya Yaponiya
82.08
1
160.58
2
125
1-ci

2021–2022-ci illər mövsümü

19.
14.10.2021
18.10.2021
Budapest Trophy Macarıstan Macarıstan
75.76
1
148.98
2
224.74
2-ci
20.
05.11.2021
08.11.2021
ISU İtaliya Qran-Prisi İtaliya İtaliya
72.74
3
166.06
1
238.80
1-ci
21.
18.11.2021
22.11.2021
ISU Fransa Qran-Prisi Fransa Fransa
77.95
3
152.75
1
230.70
1-ci
22.
20.12.2021
26.12.2021
Rusiya Çempionatı Rusiya Rusiya
82.46
2
158.10
3
240.56
2-ci
23.
10.01.2022
16.01.2022
Avropa Çempionatı Estoniya Estoniya
70.06
4
168.38
2
238.44
2-ci
24.
15.02.2022
18.02.2022
Olimpiya Oyunları Çin Çin
80.20
2
175.75
2
255.95
1-ci
  1. COVID-19 (Koronavirus) pandemiyası səbəbilə təxirə salındı
  2. Müharibə səbəbilə Rusiya turnirdən uzaqlaşdırıldı
  3. COVID-19 (Koronavirus) pandemiyası səbəbilə təxirə salındı
  4. COVID-19 (Koronavirus) pandemiyası səbəbilə təxirə salındı
  1. Федерация фигурного катания на коньках России (ФФККР). "Первенство России среди юниоров — 2018 // Дeвушки // Результаты". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  2. Федерация фигурного катания на коньках России (ФФККР). "Первенство России среди юниоров — 2018 // Дeвушки // Короткая программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  3. Федерация фигурного катания на коньках России (ФФККР). "Первенство России среди юниоров — 2018 // Дeвушки // Произвольная программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  4. 1 2 3 International Skating Union (ISU). "ISU Junior Grand Prix — 2018 Bratislava // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  5. International Skating Union (ISU). "ISU Junior Grand Prix — 2018 Bratislava // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  6. International Skating Union (ISU). "ISU Junior Grand Prix — 2018 Bratislava // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  7. 1 2 3 International Skating Union (ISU). "ISU Junior Grand Prix — 2018 Canada // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  8. International Skating Union (ISU). "ISU Junior Grand Prix — 2018 Canada // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  9. International Skating Union (ISU). "ISU Junior Grand Prix — 2018 Canada // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  10. 1 2 International Skating Union (ISU). "ISU Junior Grand Prix Final — 2018 // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  11. 1 2 International Skating Union (ISU). "ISU Junior Grand Prix Final — 2018 // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  12. 1 2 International Skating Union (ISU). "ISU Junior Grand Prix Final — 2018 // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  13. 1 2 Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2019 // Жeнщины // Результаты". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  14. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2019 // Жeнщины // Короткая программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  15. 1 2 Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2019 // Жeнщины // Произвольная программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  16. 1 2 3 4 Федерация фигурного катания на коньках России (ФФККР). "Первенство России среди юниоров — 2019 // Дeвушки // Результаты". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  17. Федерация фигурного катания на коньках России (ФФККР). "Первенство России среди юниоров — 2019 // Дeвушки // Короткая программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  18. Федерация фигурного катания на коньках России (ФФККР). "Первенство России среди юниоров — 2019 // Дeвушки // Произвольная программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  19. 1 2 3 European Youth Olympics Festival. "2019 European Youth Olympic Winter Festival // Girls // RESULTS BOOK" (PDF). www.eyof.org (ing.)). 01.01.2024. 2024-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 01.01.2024.
  20. 1 2 International Skating Union (ISU). "ISU World Junior Championships — 2019 // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  21. 1 2 3 International Skating Union (ISU). "ISU World Junior Championships — 2019 // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  22. 1 2 International Skating Union (ISU). "ISU World Junior Championships — 2019 // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  23. Italian Ice Sports Federation. "Lombardia Trophy — 2019 // Ladies // SHORT PROGRAM". www.fisg.it (ing.)). 01.01.2024. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  24. Italian Ice Sports Federation. "Lombardia Trophy — 2019 // Ladies // FREE SKATING". www.fisg.it (ing.)). 01.01.2024. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  25. Italian Ice Sports Federation. "Lombardia Trophy — 2019 // Ladies // RESULTS". www.fisg.it (ing.)). 01.01.2024. 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  26. International Skating Union (ISU). "ISU Grand Prix — 2019 U. S. // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  27. International Skating Union (ISU). "ISU Grand Prix — 2019 U. S. // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  28. International Skating Union (ISU). "ISU Grand Prix — 2019 U. S. // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  29. International Skating Union (ISU). "ISU Grand Prix — 2019 China // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  30. International Skating Union (ISU). "ISU Grand Prix — 2019 China // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  31. International Skating Union (ISU). "ISU Grand Prix — 2019 China // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  32. International Skating Union (ISU). "ISU Grand Prix Final — 2019 // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  33. International Skating Union (ISU). "ISU Grand Prix Final — 2019 // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  34. International Skating Union (ISU). "ISU Grand Prix Final — 2019 // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  35. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2020 // Жeнщины // Результаты". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  36. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2020 // Жeнщины // Короткая программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  37. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2020 // Жeнщины // Произвольная программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  38. International Skating Union (ISU). "ISU European Championships — 2020 // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  39. International Skating Union (ISU). "ISU European Championships — 2020 // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  40. International Skating Union (ISU). "ISU European Championships — 2020 // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  41. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2021 // Жeнщины // Результаты". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  42. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2021 // Жeнщины // Короткая программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  43. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2021 // Жeнщины // Произвольная программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  44. International Skating Union (ISU). "ISU World Championships — 2021 // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  45. International Skating Union (ISU). "ISU World Championships — 2021 // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  46. International Skating Union (ISU). "ISU World Championships — 2021 // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  47. International Skating Union (ISU). "ISU World Team Trophy — 2021 // Team // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  48. International Skating Union (ISU). "ISU World Team Trophy — 2021 // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  49. International Skating Union (ISU). "ISU World Team Trophy — 2021 // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  50. Hungarian Figure Skating Association. "Budapest Trophy — 2021 // Ladies // RESULTS". www.hunskate.hu (ing.)). 01.01.2024. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  51. Hungarian Figure Skating Association. "Budapest Trophy — 2021 // Ladies // SHORT PROGRAM". www.hunskate.hu (ing.)). 01.01.2024. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  52. Hungarian Figure Skating Association. "Budapest Trophy — 2021 // Ladies // FREE SKATING". www.hunskate.hu (ing.)). 01.01.2024. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  53. International Skating Union (ISU). "ISU Grand Prix — 2021 Italy // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  54. International Skating Union (ISU). "ISU Grand Prix — 2021 Italy // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  55. International Skating Union (ISU). "ISU Grand Prix — 2021 Italy // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  56. International Skating Union (ISU). "ISU Grand Prix — 2021 France // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  57. International Skating Union (ISU). "ISU Grand Prix — 2021 France // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  58. International Skating Union (ISU). "ISU Grand Prix — 2021 France // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  59. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2022 // Жeнщины // Результаты". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  60. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2022 // Жeнщины // Короткая программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  61. Федерация фигурного катания на коньках России (ФФККР). "Чемпионат России — 2022 // Жeнщины // Произвольная программа". www.fsrussia.ru (ing.)). 01.01.2024. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  62. International Skating Union (ISU). "ISU European Championships — 2022 // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  63. International Skating Union (ISU). "ISU European Championships — 2022 // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  64. International Skating Union (ISU). "ISU European Championships — 2022 // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  65. International Skating Union (ISU). "Beijing 2022: XXIV Olympic Winter Games // Ladies // RESULTS". www.isuresults.com (ing.)). 01.01.2024. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  66. International Skating Union (ISU). "Beijing 2022: XXIV Olympic Winter Games // Ladies // SHORT PROGRAM". www.isuresults.com (ing.)). 01.01.2024. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  67. International Skating Union (ISU). "Beijing 2022: XXIV Olympic Winter Games // Ladies // FREE SKATING". www.isuresults.com (ing.)). 01.01.2024. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
  68. Официальное опубликование правовых актов. "Указ Президента Российской Федерации от 25.02.2022 № 78". www.publication.pravo.gov.ru (rus.)). 01.01.2024. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.