Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması (2020)

Vikipediya, azad ensiklopediya
Qolcomaq (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:25, 28 noyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması
Mi-24 helikopteri
Mi-24 helikopteri
Ümumi məlumatlar
Tarix
Qəza səbəbi Daşınabilən hava hücumundan müdafiə sistemi tərəfindən vurulması
Yer Yerasx yaxınlığı, Ararat mərzi, Azərbaycan
Sərnişin sayı 3
Yaralı sayı 1
Ölü sayı 2
Helikopter
Helikopter modeli Mİ-24 helikopteri
Havayolu şirkəti Rusiya Hərbi Hava Qüvvələri
Uçuş nömrəsi N72
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması — 9 noyabr 2020-ci il tarixində Rusiyanın Mi-24 hücum helikopteri (NATO hesabat adı "Hind") Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı vurulur. Helikopter daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda vurulur[1]. Ekipaj üzvlərindən ikisi ölür, biri isə yaralanır[2][3][4]. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini və bununla bağlı təzminat təklif edib[5].

Hadisələr

Arxa plan

Hadisə Ermənistan tərəfindən dəstəklənən, lakin Azərbaycanın de-yure ərazisi olan, öz müstəqilliyini elan etmiş, lakin tanınmamış Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən faktiki olaraq nəzarət edilən mübahisəli Dağlıq Qarabağ bölgəsi üzərində başlanan müharibə zamanı baş verir. 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Şuşa üzərində nəzarəti ələ keçirir[6][7]. Nəticədə Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xankəndini ələ keçirilməsi artıq an məsələsi olur.

İstinadlar

  1. "Two killed as Russian military helicopter downed in Armenia". BBC News (ingilis). 9 November 2020. İstifadə tarixi: 9 November 2020.
  2. "Two soldiers die after Russian helicopter shot down in Armenia". Euronews (ingilis). 9 November 2020. İstifadə tarixi: 9 November 2020.
  3. "Russian Military Helicopter Shot Down in Armenia, 2 Dead". The Moscow Times (ingilis). 9 November 2020. İstifadə tarixi: 9 November 2020.
  4. "Russia says one of its helicopters has been shot down over Armenia". Reuters (ingilis). 9 November 2020. İstifadə tarixi: 9 November 2020.
  5. "Azerbaijan apologizes for shooting down a Russian military helicopter in Armenia". Meduza (ingilis). 9 November 2020. İstifadə tarixi: 9 November 2020.
  6. "Azerbaijan says it has taken Karabakh's second-largest city, Armenia denies it". Reuters (ingilis). 8 November 2020. İstifadə tarixi: 8 November 2020.
  7. "Key Town In Nagorno-Karabakh Falls As Azerbaijan Presses Forward in Breakaway Region". Radio Free Europe/Radio Liberty (ingilis). 9 November 2020. İstifadə tarixi: 9 November 2020.