Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması (2020)

Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması — 9 noyabr 2020-ci il tarixində Rusiyanın Mi-24 hücum helikopteri (NATO kod adı: "Hind") Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı vurulur. Helikopter daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda vurulur[1]. Ekipaj üzvlərindən ikisi ölür, biri isə yaralanır[2][3][4]. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini və bununla bağlı təzminat təklif edib[5].

Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması
Mi-24 helikopteri
Mi-24 helikopteri
Ümumi məlumatlar
Tarix
  • 9 noyabr 2020
Qəza səbəbi Daşınabilən hava hücumundan müdafiə sistemi tərəfindən vurulması
Yer Yerasx yaxınlığı, Ararat mərzi, Ermənistan
Sərnişin sayı 3
Yaralı sayı 1
Ölü sayı 2
Helikopter
Helikopter modeli Mİ-24 helikopteri
Havayolu şirkəti Rusiya Hərbi Hava Qüvvələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisə Ermənistan tərəfindən dəstəklənən, lakin Azərbaycanın de-yure ərazisi olan, öz müstəqilliyini elan etmiş, lakin tanınmamış Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən faktiki olaraq nəzarət edilən mübahisəli Dağlıq Qarabağ bölgəsi üzərində başlanan müharibə zamanı baş verir. 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Şuşa üzərində nəzarəti ələ keçirir[6][7]. Nəticədə Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xankəndini ələ keçirməsi artıq an məsələsi olur[8].

Helikopterinin vurulması

[redaktə | mənbəni redaktə et]

9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Dağlıq Qarabağdan 70 kilometr (43 mil) məsafədə daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində helikopter vurulur[9][10]. Helikopter Gümrüdəki 102-ci Rusiya hərbi bazasının konvoyunu müşayiət etdiyi bildirilir[11]. Qısa müddət sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən vuruşun təsadüfən baş verdiyini bildirərək Rusiyaydan üzr istədiyini və təzminat ödəməyə hazır olduğunu bildirərək hücuma görə məsuliyyəti öz üzərinə götürür. Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, helikopter bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Azərbaycan-Ermənistan dövlət sərhədinə yaxın uçuş keçirib. Üstəlik uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib[12]. Həmçinin bölgədə əvvəllər Rusiya helikopterlərinin görünmədiyi vurğulanıb[13]. Rusiyanın Ermənistandakı hərbi bazası və Azərbaycan Respublikası Baş Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb[14].

Münaqişə tərəfləri

[redaktə | mənbəni redaktə et]

Helikopterinin vurulmasından qısa müddət sonra Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyquya başsağlığı məktubu göndərib[15]. Rusiya Xarici İşlər Nazirliyi hadisənin məsuliyyətini dərhal öz üzərinə götürən Azərbaycanı müsbət qiymətləndirdiklərini bildirib[16]. Rusiya Prezidenti Vladimir Putin daha sonra helikopterdəki hərbçiləri Cəsarət ordeni ilə təltif etmişdir[17].

9 noyabrda Rusiyanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, bu hadisə ilə əlaqədar narahatlığını dilə gətirən bir açıqlama verir[18]. Ermənistan Prezidenti Armen Sarkisyan 18 noyabrda rus pilotlarını Hərbi Xidmətlərinə görə medalı ilə təltif edilməsi haqqında fərman imzaladmışdır. 12 dekabrda Ermənistan hökuməti Yerasxda atışmada öldürülən rus pilotların xatirəsini yad etmək üçün müvəqqəti bir xatirə lövhəsi açmış və ərazidə bir dua mərasimi keçirmişdir.[19]

  1. "Two killed as Russian military helicopter downed in Armenia". BBC News (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  2. "Two soldiers die after Russian helicopter shot down in Armenia". Euronews (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  3. "Russian Military Helicopter Shot Down in Armenia, 2 Dead". The Moscow Times (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  4. "Russia says one of its helicopters has been shot down over Armenia". Reuters (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  5. "Azerbaijan apologizes for shooting down a Russian military helicopter in Armenia". Meduza (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  6. "Azerbaijan says it has taken Karabakh's second-largest city, Armenia denies it". Reuters (ingilis). 8 November 2020. 29 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2020.
  7. "Key Town In Nagorno-Karabakh Falls As Azerbaijan Presses Forward in Breakaway Region". Radio Free Europe/Radio Liberty (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  8. "Xankəndinin ələ keçirilməsi artıq an məsələsidir". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-28.
  9. "Nagorno-Karabakh: Russian helicopter 'shot down' over Armenia". Deutsche Welle (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  10. "Russia says military helicopter shot down in Armenia, 2 killed". Al Jazeera (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  11. "ОДКБ прокомментировала инцидент со сбитым в Армении российским вертолетом". RIA Novosti (rus). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  12. "Azerbaijan says it downed Russian helicopter by accident, apologises". Reuters (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  13. "Азербайджанские военные сбили российский вертолет над Арменией". BBC Russian Service (ingilis). 9 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  14. "Baş Prokurorluq Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı bəyanat yayıb". Trend News Agency] (az.). 9 November 2020. 11 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  15. "Министр обороны Азербайджана направил Шойгу письмо с соболезнованиями". RIA Novosti (rus). 9 November 2020. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  16. "МИД позитивно оценил признание Баку вины в инциденте с российским Ми-24". RIA Novosti (rus). 9 November 2020. 1 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  17. "Executive Order on awarding Russian Federation state decorations". President of Russia (ingilis). 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  18. "ОДКБ выражает серьезную озабоченность в связи с тем, что был сбит российский вертолет". 1News (rus). 9 November 2020. 10 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2020.
  19. "На месте гибели сбитых Азербайджаном российских летчиков в Армении открыли временную мемориальную доску". Armenian Report (rus). 12 December 2020. 11 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2020.