Arazdəyən, (1968-ci ildən: Yerasx) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.[2]
Arazdəyən | |
---|---|
39°43′51″ şm. e. 44°50′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 810 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 0234 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 28 km məsafədə Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].
Kənd Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz və dəyən (döyən) feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulmuşdur.
Ermənilər bura 1897-ci ildə köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı azərbaycanlılar da yaşamışdır.