Fərəc Xuvəyyu mədrəsəsi

Vikipediya saytından
Gunay M.E. (müzakirə | töhfələr) (Səhifə "'''Fərəc Xuvəyyu mədrəsəsi''' — Xoy şəhərində 1127-ci ildə açılmış mədrəsə.<ref name=":0">[http://tarixinstitutu.a..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 17:30, 17 mart 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Fərəc Xuvəyyu mədrəsəsiXoy şəhərində 1127-ci ildə açılmış mədrəsə.[1]

Haqqında

Orta əsr mənbələri Azərbaycanın şəhərlərində fəaliyyət göstərən mədrəsələrlə yanaşı Xoydakı mədrəsə və orada fəaliyyət göstərən elm adamları haqqında məlumat verirlər. Bağdadda fiqhi Əbu İshaq Şirazidən və Əbu Səid əl-Mütəvəllidən öyrəndikdən sonra doğma Xoy şəhərinə qayıdan Əbur-Ruh Fərəc ibn Übeydullah ibn Xələf əl-Xoyi burada mədrəsə açaraq əldə etdiyi biliyi həmvətənlərinə öyrətmişdir. Mədrəsə 1127-ci ildə fəaliyyətə başlamışdı. Əl-Əsnəvi göstərirdi ki, Əbu-r-Ruh Azərbaycanın ürəyi kimi tanınırdı. Çoxlu alimin müəllimi olan Əbu-r-Ruh doğma şəhərində vəfat etmişdir. Bu mədrəsələr də bəzi digər mədrəsələr kimi, onun əsasını qoyanın adı ilə tanınırdı. Belə ki, Xoyda 1127-ci ildə əsası qoyulmuş “əl-Fərəc əl-Xuvəyyu” mədrəsəsi onu tikdirən Fərəc ibn Abdallah ibn Xələf əl-Xuveyyinin adı ilə məşhurlaşmışdı.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015.

  1. 1 2 Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015, s. 82-83.