Marağa mədrəsələri

Marağa mədrəsələri - Azərbaycanın Marağa şəhərində XIII əsrə aid “Atabəylər”, “Qazı” və “Əhmədağa” adlı üç mədrəsə.[1]

Atabəylər mədrəsəsi

[redaktə | mənbəni redaktə et]

Marağada da “Atabəylər” mədrəsəsi fəaliyyət göstərmişdir. Bu mədrəsə alim qazı Kəmaləddin Əbu Abdallah Məhəmməd əl Qəzvini əl-Maraği tərəfindən əsası qoyulmuşdur. Onun özü də bu mədrəsədə müdərrislik etdiyi üçün “əl-müdərris” ləqəbini almışdır. Azərbaycan Atabəyləri və sultanlarının yanında böyük hörmət və mərhəmət sahibi olmuşdur. O, sultan Cəlaləddin Xarəzmşahın yanına gəldikdə, sultan onu ən hörmətli adam kimi qəbul edir və taxtda öz yanında oturdurdu. Ömrünün axırında İrbilə köçür və 628 (9.XI 1230- 28.X 1231)-ci ildə vəfat edir.[1]

Qazi mədrəsəsi

[redaktə | mənbəni redaktə et]

Bu mədrəsə Marağada fəaliyyət göstərirdi. Müdərrislərdən Sərab qazısı Kamal əl-Din (ö.1230-1231-ci ildə, İrbildə) Azərbaycan Atabəyləri yanında böyük hörmət-izzət sahibi olmuşdur.[1]

Əhmədağa mədrəsəsi

[redaktə | mənbəni redaktə et]

Bu mədrəsə də Marağada fəaliyyət göstərirdi. XIII əsrdə qazı Kəmaləddin Əbu Abdallah Məhəmməd əl Qəzvini əl-Maraği tərəfindən əsası qoyulmuşdur. [1]

  1. 1 2 3 4 "Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015. - s.73-74" (PDF). 2021-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015.