Dəməşq Atabəylər mədrəsəsi — XIII əsrə aid mədrəsə.[1]
Dəməşqin qərbindəki Salihiyyə adlı məhəllədə Atabəylər mədrəsəsi və müşərrəf müqəddəs hədis evi yerləşirdi. Qazı İzzəddin əl-Hələbinin yazdığına görə onu Mosulun sahibi Nurəddin Arslan ibn Atabəyin qızı tikdirmişdi. Məliklərin şərəflisi Müzəffərəddin Musanın qadını Sultan əl-Məlik İzzəddin Məsud ibn Qütbəddin Maudid ibn Atabəy Zəngi ibn Ağ Sunqurun qızı Atabəyli Hacıxanım Xatun (v.e. h. 640/1242) mədrəsə və türbənin sahibəsi idi. Bu mədrəsədə dərs deyən müdərrislərdən biri Safiyəddin Əbu Abdulla Məhəmməd ibn Əbdürrəhim ibn Məhəmməd əl-Hindi əl-Urməvi əş-Şafii sayılırdı. Əş`ari məzhəbli bu urmiyalı mütəkəllim h. 644-cü ildə (1246) Hindistanda anadan olmuşdu. Ona qiraəti öyrədən anası tərəfdən babası fəzilətli insanlardan idi. O, h. 647-ci ildə (1249) Dehlidən çıxmış, həcc ziyarətinə getmiş, üç ay orada dolanmışdı. Sonra Yəmənə daxil olarkən oranın maliki əl-Müzəffər ona 400 dinar hədiyyə vermişdi. O,daha sonra h. 701-ci ildə (1301) Misrə çataraq dörd il orada qərarlaşmışdı. Oradan Antakiya yolu ilə Ruma səfər etmişdi. Rumda 11 il, Konyada 5 il, Sivasda 5 il, Kasyonda 1 il qalmışdı. Urmiyalı qazı Siracəddinlə görüşərkən ona ehtiram göstərmiş, sonra h.685-ci ildə Dəməşqə gələrək, oranı özünə yaşayış məskəni seçmişdi. Safuyiddin şeyxlər şeyxi rütbəsini almışdı. Urmiyalı alim Dəməşqdəki “Zahiriyyə”, “Cavaniyyə”, “Ruhaniyyə”,“Davləiyyə” və “Atabəkiyyə” mədrəsələrində dərs demişdi.[2]
Əbdülqadir əd-Diməşqi onun fətva verməsini, qiraət, üsul, məntiq və təsnifat üzrə gərgin işlədiyini qeyd etmişdi. O, yazırdıki, insanlar onun və onun şagirdlərinin təsnifatından çox xeyir götürmüşlər. Onun bircə xətti pis idi. O, kitablarını Əşrəfi hədis evində saxlayırdı. Onda xeyirli və birləşdirə bilən bir qüvvə vardı. İbn Kəsir yazır ki, Safyuddin h. 725 (1324)-ci ildə vəfat etmişdi.
Tarixi ədəbiyyatda Qazı əl-Qudat Nəcməddin ibn Sasarinində urmiyalı Safiyuddin Əbu Abdulla ilə birlikdə Atabəkiyyə mədrəsəsində dərs deməsi haqqında da məlumat verilir. Urmiyalı müdərrisdən iki il əvvəl h. 725 (1324)-ci ildə vəfat edən Qadı əl Qudat (baş qazı) Nəcməddin ibn Sasari də bu mədrəsədə fəaliyyət göstərmişdi.[3][1]