General Qrant (ağac)

Vikipediya saytından
Dr.Wiki54 (müzakirə | töhfələr) (→‎Tarix: clean up using AWB) tərəfindən edilmiş 07:59, 14 iyun 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
General Qrant
ing. General Grant
Ölkə ABŞ

General QrantNəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid olan, General Şerman ağacından sonra dünyada həcminə görə ikinci ən böyük ağacdır.

Tarix

Ağac öz adını 1867-ci ildə general, Vətəndaş müharibəsi qəhrəmanı və ABŞ-ın 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir.

Böyük diametrinə görə, General Qrant bir vaxtlar dünyanın ən böyük ağacı sayılırdı. 1931-ci ildə Nəhəng sekvoyadendronun başqa bir nüsxəsi General Şermanın biraz daha böyük bir həcmdə olduğu aşkarlanır. 29 mart 1956-cı ildə ABŞ Prezidenti Dvayt Eyzenhaver ağacı “Milli Tapınaq” və müharibədə ölənlərin memorialı elan edir. Belə hesab edilir ki, bu ağac bir abidə kimi elan edilmiş yeganə canlı obyektdir[1].

Hazırki vəziyyəti

General Qrant hazırda General Şermandan sonra dünyada ikinci ən böyük ağacdır. Əvvəllər ağacın 2000 yaşında olduğu düşünülsə də, indi 1650 yaşında olduğu təxmin edilir[2].

Ağacın ölçüləri[3]
Hündürlüyü 81,5 m
Gövdəsinin diametri 32,8 m
1,4 m hündürlükdə gövdəsinin diametri 8,8 m
18 m dündürlükdə gövdəsinin diametri 5,0 m
55 m hündürlükdə gövdəsinin diametri 3,9 m
Gövdəsinin həcmi 1.320 m³

İstinadlar

  1. National Park Service. "Sequoia and Kings Canyon National Parks Information Page". 2012-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-06.
  2. Fischer, Douglas. "Nation's Christmas tree aged 1,650 General Grant in Kings Canyon National Park no young whippersnapper". Oakland Tribune. 2003-12-08. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-26.
  3. Sequoia National Forest Association // o Find the Biggest Tree (naməlum dil). Flint, Wendell D. 1987. səh. 94.

Mənbə