Ölkə | ABŞ |
General Qrant — Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid olan, General Şerman ağacından sonra dünyada həcminə görə ikinci ən böyük ağacdır.
Ağac öz adını 1867-ci ildə general, Vətəndaş müharibəsi qəhrəmanı və ABŞ-nin 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir.
Böyük diametrinə görə, General Qrant bir vaxtlar dünyanın ən böyük ağacı sayılırdı. 1931-ci ildə Nəhəng sekvoyadendronun başqa bir nüsxəsi General Şermanın biraz daha böyük bir həcmdə olduğu aşkarlanır. 29 mart 1956-cı ildə ABŞ Prezidenti Dvayt Eyzenhaver ağacı “Milli Tapınaq” və müharibədə ölənlərin memorialı elan edir. Belə hesab edilir ki, bu ağac bir abidə kimi elan edilmiş yeganə canlı obyektdir[1].
General Qrant hazırda General Şermandan sonra dünyada ikinci ən böyük ağacdır. Əvvəllər ağacın 2000 yaşında olduğu düşünülsə də, indi 1650 yaşında olduğu təxmin edilir[2].
Hündürlüyü | 81,5 m |
---|---|
Gövdəsinin diametri | 32,8 m |
1,4 m hündürlükdə gövdəsinin diametri | 8,8 m |
18 m dündürlükdə gövdəsinin diametri | 5,0 m |
55 m hündürlükdə gövdəsinin diametri | 3,9 m |
Gövdəsinin həcmi | 1.320 m³ |