Nəhəng sekvoyadendron

Nəhəng sekvoyadendron (lat. Sequoiadendron giganteum) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sekvoyadendron cinsinə aid bitki növü.

Nəhəng sekvoyadendron
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gövdəsinin qabığının qalınlığı 50 mm-ə çatır, rəngi qırmızımtıl bozdur. Yarpaqları pulcuqlu iynevarıdır, uzunluğu 0,5-1,2 sm-ə çatır. Yarpaqları, əsasən, zoğ boyu yerləşir və aşağıya doğru əyiləndir. Onlar ayrı-ayrılıqda yuxarıdan əyilmiş, aşağıdan qabarıq, bozumtul-yaşıl rəngə çalır. İynəyarpaqları töküldükdən sonra zoğ və ya budaq üzərində rombşəkilli başlıqlar qalır. Çiçəklərində tozcuqlar 2-5 ədəd tozcuq kisələrində yerləşir. Toxumları ellips formalıdır, kənarları batıq qanadlarla əhatə olunmuşdur, uzunluğu 5mm-ə çatır. Toxum pulcuqlarında 3-12 ədədə kimi yumurtacıq olur. Qozaları yumurtavarı olub, 5-8 sm uzunluqdadır, onların pulcuqları ucdan qalxanvarı enliləşmişdir, ensiz rombşəkillidir, qırışıqlıdır. Olduqca zəif boy atır. Quraqlığa, quru və qeyri münbit torpaqlara, dərin qatlı, hətta əhəngli torpaqlara davamlıdır. Ağır gilli və çox rütubətli torpaqlara davamsızdır. Şaxtaya davamlıdır. Azərbaycanda Abşeron yarımadasında, Lənkəranda bağ və parklarda bəzi nüsxələrinə rast gəlinir. Nəhəng sekvoyadendronun bir çox dekorativ formaları piramidal, sallaq, mavi, qızlı, gümüşü, iynəyarpaqlı və s. vardır. Azərbaycanda şəhər və kəndlərdə, qəsəbələrdə, digər yaşayış məntəqələrində xiyabanların salınmasında, park və bağlarda tək-tək və qrup halında, kompozisiyalarda istifadə edilə bilər.