Amaliya Materna

Vikipediya, azad ensiklopediya
5.197.249.123 (müzakirə) (→‎Həyatı) tərəfindən edilmiş 17:04, 27 iyun 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Amaliya Materna
Ümumi məlumatlar
Doğum adı Amalie Friedrich-Materna
Doğum tarixi 10 iyul 1844(1844-07-10)[1]
Vəfat tarixi 18 yanvar 1918(1918-01-18)[1] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Fəaliyyət illəri 1864-cü ildən
Janr opera
Səs tembri soprano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎)-avstriyalı opera müğənnisi (dramatik soprano).

Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir.

Həyatı

Zaur Ustac meqalesi bərpa olmayınca Vandalizm aktlarına başlayırıq. Qrupun adı 14 bandit. Bərpa et NMW03 bu sadece bir xeberdarliq!!! Aksiya mudetsizdir. 10 il de olsa qohumlarina rahatlıq olmayacaq. Yaşımız az sayimiz çok!!!! Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884-1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir. Onun ən əsas ifaları arasında 1874-cü ildə Vyanada ilk dəfə olaraq oynanan Aida operasında Amneris rolunu və Karl Qoldmarkın Die Königin von Saba operasında baş rolu göstərmək olar.

Bayroyt festivalının ilk iştirakçılarındandır. Onun son çıxışı 1894-cü il dekabrın 31-də Vyana səhnəsində Elizabet rolu iıə olmuşdur. 1897-ci ildə səhnəni tərk etmişdir. Səhnədən uzaqlaşdıqdan sonra Vyanada musiqi ifası ilə bağlı dərs deməyə başlamışdır. Onun tamaşaçılar qarşısında son çıxışı 1913-cüildə Vaqnerin yubileyinə həsr olunmuş konsertdə baş tutmuşdur.

İfaları

  • Meyerber Cakoma "Afrikalı" — Selika
  • Meyerber Cakoma "Huqenotlar" — Valentina

Qalereya

Parsifal operasında Kundri (1882)
Nibelunq üzüyündə Brünhild(1876)
Tanheyzerdə Elizabet (1885)
Lohenqrində Ortrud (Vienna)
La Juivedə Reyçel
Kraliça Şeba Kraliçasında

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Deutsche Nationalbibliothek Record #116824174 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.