Bayroyt festivalı (alm.Bayreuther Festspiele) — Rixard Vaqnerin musiqi dramları ifa olunduğu illik yay festivalı. Əsası bəstəkarın özü tərəfindən qoyulub. BavariyanınBayroyt şəhərində xüsusi olaraq bu məqsədlə tikilmiş teatrda keçirilir.
Birinci festival 1876-cı ilin 13 avqust tarixində açılmışdır. Burada "Nibelunq üzüyünün" tam premyerası baş vermişdir. Maliyyə çatışmazlığı səbəbindən növbəti festiival yalnız 1882-ci ildə keçirilmişdir. Bu festival "Parsifal operasının premyerası ilə müşayiət olunmuşdur.
Vaqnerin ölmündən sonra festivala onun arvadı Kozima rəhbərlik etmişdir, 1908-ci ildən isə festivalın başına onların bundan öncə də festivalda dirijor və rejissor kimi yer almış oğlu Ziqfrid keçmişdir. Onun rəhbərliyi dövründə o, dövrü üçün novatorluq kimi qəbul olunan yeni səhnə texnikası və işıqlandırmadan istifadə etmişdir. Onun ölümündən sonra ta İkinci dünya müharibəsinin sonunacan festivala onun arvadı Vinifred rəhbərlik etmişdir.
1951-ci ildə müharibədən sonra ilk festival açıldı və o zamandan festival (müharibədən əvvəlki dövrdən fərqli olaraq) hər il keçirilir. Festivalın rəhbərlər Ziqfrid Vaqnerin oğulları - Viland və Volfqanq oldular. Bu sahədə öz tamaşaları ilə Viland xüsusi şöhrət qazandı. Onun minimalizmə meyl edən novator olan üslubunda əsas vurğu qəhrəmanların daxili hissləri üzərinə düşürdü, buna görə də çıxışlar üçün ən yüksək səviyyəli peşəkar ifaçı-aktyorlar cəlb olunurdular. Bu dövrdə burada aparıcı "vaqnerçi" ifaçılar çıxış etmişdilər: Birgit Nilson, Astrid Varnay, Marta Mödl, Krista Lüdviq, Volfqanq Vindqassen, Lüdviq Zuthaus, Hans Hotter, Corc London, Qustav Naydlinger, Yozef Qrayndl, Qotlob Frik və başqaları.
Viland Vaqnerin vəfatından (1966) sonra festivala təkbaşına onun qardaşı Volfqanq başçılıq etmişdir.
Son illər müasir postmodernik rejissorluğa meyl güclənmişdir. Belə ki, 2004-cü ildə "Parsifalın" səhnələşdirilməsi üçün qalmaqallı rejissor Kristof Şlingenzif dəvət olunmuşdur. Onun işi tamaşaçılar arasında çox ziddiyyətli reaksiyaya səbəb oldu.