Aida (it. Aida) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Gislançoni Antonionun farnsız misirünası, Mariet Ogüstün bir senarisi üzrə librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulmuşdur. Hadisə Qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini saray mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir.
Aida | |
---|---|
it. Aida | |
Bəstəkar | Cüzeppe Verdi |
Librettoçu | Gislançoni Antonio |
Dili | italyanca |
Süjet | Mariet Ogüstün senarisi üzrə |
Janr | Dram |
Pərdə | 4 |
Yaradılma tarixi | 1871 |
İlk səhnələşdirmə |
24 dekabr 1871[1] Qahirə |
Müddəti | 2 ¼ saat |
Hadisələrin baş verdiyi yer | Memfis, Teben |
Personajlar |
Personajlar: |
Premyera |
24 dekabr, 1871 Qahirə |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin altmışıncı illərində Misir Osmanlı mülki olsa da ölkə vassal hökmdar “Xədivə” tərəfindən idarə olunurdu. İngilislərin gəlməsindən sonra 20 il sonra de fakto hakim Məhəmməd Əli tərəfindən müsəqillik əldə etmiş olur. Məhəmməd Əlinin xələfi Xədivə İsmayıl avropa təhsilli, fransız mədəniyyəti və ədəb ərkanı tərbiyəsi almış bir şəxs idi. Ölkəsində mədəni islahatların əsasını qoymuş Xədivə İsmayıl Qahirədə bir 850 tamaşaçı yerli taxta materialından opera binası inşa etdirir. Dövlət himninin musiqisini bəstələmək Verdidən xahiş olunsa da o, vaxtının olmaması bəhanəsi ilə bundan imtina edir.
Süveyş kanalının açılış mərasimində 1869 cu ildə Qahirə opera teatrında Verdinin Riqoletta operası oynanılması planlaşdırılsa da baş tutmur. Opera binası 28.10. 1971 tarixində bir yanğın nəticəsində məhv olur. Lakin bir neçə il sonra Yaponiyanın ianəsi əsasında yeni opera binası inşa edilir. Bu zaman misirşünas Mariet Ogüst belə bir qərara gəlir ki, Qədim Misirin ruhuna uyğun bir senari yazsın. O, opera senarisi, səhnə tərtibatı və geyim eskizlərinin, üzərində altı ay çalışır. Sonra opera səhnəsi üçün cızdığı eskizləri libretto materialını Verdinin keçmiş librettoçusu, fr. Camille du Locleyə göndərir. fr. Camille du Locle öz növbəsində Misir ruhunda bir opera bəstələnməsi üçün Verdiyə sifariş verir. İlk olaraq Verdi operanı yazmaqdan imtina edir. Onda təşkilatçılar operanı yazmaq üçün Şarl Qunoya müraciət edəcəklərini deyirlər. Verdi güman edir ki, Şarl Quno operanı öz boynuna götürəcəkdir. Sonra təşkilatçılar operanı yazmaq üçün Rixard Vaqnerə müraciət edəcəklərini bildirirlər. Vaqner və Verdi hər biri öz ölkəsinin opera sənəti üzrə lideri olduğu üçün bir-birilərini bir o qədər də sevmirdilər. Onlar heç vaxt da bir-biri ilə görüşməmişdirlər. Sifarişin Vaqnerə veriləcəyini eşiddikdən sonra Verdi müqavilə şərtləri ilə tanış olmağa razılıq verir[2].
Opera 1870 ci ilin noyabr ayında opera bitmiş olur. Lakin Prussiya ilə müharibə zamanı mühasirədə olan Parisdən opera üçün xüsusi hazırlanmış səhnə dekorasiyalarını və geyim libaslarını Qahirəyə gətirtmək böyük problemə çevrilir. Buna görə də məhz operanın premyerasını 24 dekabr 1871 ci ildə, xristianların milad bayramı günündə oynamaq mümkün olur[4]. Opera elə ilk premyerasında böyük müvəffəqiyyət qazanmış olur. Əsərin Avropadakı premyerası isə 1872-ci ildə La Skalada baş tutmuşdur. O qədər bəyənilir ki, bəstəkar 32 dəfə səhnəyə çağırılir. Əsər Verdinin ən gözəl operası olaraq qəbul edilir.
Kəsdiyi şərtə görə Verdi operanın bəstəsi üçün tələb etdiyi honorar olaraq o dövr üçün ən yüksək məbləğ sayılan 150 000, qızıl fransız frank almış olur. Sifarişin tam məbləği isə 250 000 qızıl fransız frankı həcmində olmuşdur. Bundan əlavə operanın bitməsindən sonra ona daha 70 000, sonra isə daha 20 000 qızıl fransız frankı ödənilmişdir. Bu məbləğ o dövr üçün opera tarixində misli görünməmiş bir hədd idi[5]. Orkestr “Zəfər marşını” ifa edərkən Verdi özü tərəfindən icad etdiyi “Aida trompet”lərini sınamışdır.
Personajlar | Səs |
---|---|
Firon — (Misir hökmdarı) | bas |
Ramfis — (Ali kahin) | bas |
Radames — (Saray mühafizə rəisi') | tenor |
Amneris — (Fironun qızı) | mezzosoprano |
Aida — Nubiyalı qul, Amonasronun qızı, | soprano |
Amonasro — (Nubiya hökmdarı, Aidanın atası) | bariton |
Elçi | tenor |
Rahibə səsi | soprano |
Kahinlər, rahibələr, saray əyanları, qulluqçuları, döyüşçülər, həbəş əsir və qulları, Misir xalqı | xor |
Qədim Misir Nubiya ilə müharibə aparır. Saray mühafizə rəisi Radames firon tərəfindən gedən bu müharibədə ordu sərkərdəsi təyin edilir. Radames əsir düşmüş Nubiya hökmdarının qızı Aidaya aşiqdir. Misir fironunun qızı eyni zamanda sərkərdə Radamesə aşiqdir. Aidanı özünə rəqib görən fironun qızı onların bu sirrini açmağa çalışır. Radames firondan zəfərlə qayıdacağı təqdirdə Aidanı ona verməsini xahiş edir. Bu arada Aida Radamesə olan eşqi və öz vətəninə olan sevgisi arasında qalmış olur.
Radamesin hələ müharibədə ikən, Amneris Aidanı sınayaraq ona sərkərdənin öldüyünü deyir. Dərhal dərdə düşən Aidanın hissləri onu ələ vermiş olur. Bunu görüncə fironun qızı öz qəzəbini onun üstünə tökərək, hansı həddlə bir qulun onunla rəqiblik etdiyini deyir. Onun da bir hökmdar qızı olduğunu xatırlayaraq, bunu deməkdən çəkinərək, dərhal fironun qızından əhv diləyir. Radames Nubiya üzərində qələbə çalaraq, ordusu və tutmuş olduğu çoxlu sayda əsirlərlə zəfər marşı altında Tebenə daxil olur. Əsirlərin içərisində öz atasını — Nubiya hökmdarını tanıyan Aida dəhşətə gəlir. Ali kahin əsirlərin dərhal edam edilməsini tələb etsə də sərkərdə Radames buna mane olur. Zəfərin mükafatı olaraq firon Radamesi öz xələfi elan edərək qızı Amnerisi ona ərə verdiyini bəyan edir. Qızının Radamesə olan hisslərindən xəbər tutan Nubiya hökmdarı məmləkətini geri almaq üçün Aidadan sərkərdə vasitəsilə Misir ordusunun keçəcəyi yolu öyrənməsini istəyir. Aida buna etiraz etdikdə Nubiya hökmdarı öz qızına; “Sən artıq mənim qızım deyilsən, fironun qulusan”. Bundan sonra Aida razı olur.
(italyanca) O patria mia, mai più, |
(azərbaycanca, hərfi tərcümə) Oh, mənim əziz ölkəm! Oh sevimli ölkəm, daha heç vaxt Oh sevimli ölkəm Oh sevimli ölkəm, |
Gecə vaxtı Nil sahilində Aida ilə Radamesin görüşü olur. Aida ona Nubiyaya qaçmağı təklif edir. Radames Aidaya misirlilərdən azad olan ərazilərin yerini deyərkən Nubiya hökmdarı Amonasri bunu eşidir. Öz ölkəsində Radamesə xoşbəxtlik vəd edərək onlara qoşulur. Təsadüfən bütün bunları Amneris və ali kahin Ramfis eşidirlər. Radames firon qızını Nubiya hökmdarından mühafizə edərək könüllü təslim olur. Amneris Aidanı unudacağı təqdirdə Radamesi bağışlaya biləcəyini deyir.
Firon sarayının divan məhkəməsinə Radames dustaq kimi gətirilir. Burada sorğu-sual zamanı Radames əzmlə susur. Amneris şərtini qəbul edəcəyi təqdirdə onu əhv ediləcəyini desə də Radames Aidasız yaşamaqdansa Amnerisin əlindən ölməyi üstun tutur və Amnerisin, Ramfisin iddialarına cavab vermir. Ona vətənə xəyanət etməkdə günahlandırıldığı üçün, diri-diri basdırılması hökmünü verirlər.
Ölüm hökmü oxunarkən Radames güman edir ki, sevgilisi Aida Həbəşistanda təhlükəsiz bir yerdədir.
(italyanca) Radames: Aida: Radames: Aida: Radames: Aida: |
(azərbaycanca, hərfi tərcümə) Radames: Aida: Radames: Aida: Radames: Aida: |
Yeraltı mağaranın içərisinə salınmış Radames giriş qapandıqdan sonra orada Aidanı görür. Bura xəlvət daxil olmaqda Aidanın məqsədi sevgilisi ilə birlikdə ölərək ona qovuşmaq, göylərdə onunla xöşbəxtliyini tapmaq idi; Amneris isə bu an yas libasında mağaranın önündə oturaraq öz sevgilisi Radamesə tanrıça İsidadan rahatlıq və rəhm diləyir.