Bayterek (abidə)

Vikipediya saytından
En Merker (müzakirə | töhfələr) (→‎Quruluşu) tərəfindən edilmiş 10:44, 8 iyul 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bayterek
qaz. Бәйтерек
Göydələnlərin əhatəsində Bayterek
Göydələnlərin əhatəsində Bayterek
Göydələnlərin əhatəsində Bayterek
Ölkə Qazaxıstan Qazaxıstan
Şəhər Nur-Sultan
Memarı Ağmurza Rüstəmbəyov
Banisi Nursultan Nazarbayev
Tikilmə tarixi 30.08.2002
İnşası 25.10.1996—30.08.2002 illər

Bayterek (tam adı - "Nur-sultan-Bayterek"; qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur.

Quruluşu

Layihənin ideya müəllifi Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev olmuşdur. Məhz onun təşəbbüsü ilə memar Ağmurza Rüstəmbəyov layihənin icrasına başlamışdır.[1][2].

Tikinti zamanı torpaq işlərinin həcmi 8600 m³, beton - 2900 m³, metal konstruksiyalar - 1 kiloton, günbəz şüşəsi - 1555 m² təşkil etmişdir.

Layihəni bitirmək, mühəndislik və xüsusi işlər üçün 23 subpodratçı cəlb edilmişdir. Metal işlərinin və şüşələrin təxmini dəyəri təxminən 6 milyon dollardır. Obyekt 2003-cü ildə Dövlət Komissiyasının aktı ilə istismara verilib.

Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur. Şarın diametri 22 metrdir. Bu dünyada 22 metr diametri, 300 ton ağırlığı olan, beş dirək üzərində dayanan və günəş şüalarının təsiri ilə tez-tez rəngini dəyişən şüşədən hazırlanan yeganə şardır.

Abidənin dörd yarım metr yeraltında kafelər, akvariumlar və "Bayterek" mini qalereyasının yerləşir. Oradan da liftlə ən üst səviyyəyə çıxmaq olar. Ən üst səviyyədə içərisində bar və panoram olan şar yerləşir.

Ziyarətçilər üçün gəzinti turları qazax, rus və digər dillərdə aparılır.

2016-cı ildə ümumi dəyəri 400 milyon təngə olan tikilinin təmir edilməsinə ehtiyac olduğuna dair bir qərar qəbul edildi.

İstinadlar

  1. Торгын НУРСЕИТОВА. "Акмурза Рустембеков: В Алматы все объекты рассчитаны на девять баллов". 2012-09-15. İstifadə tarixi: 2013-12-12.
  2. "10 современных казахстанских архитекторов". 2013-05-17. İstifadə tarixi: 2013-12-12.

Xarici keçidlər