Qazaxıstan tengəsi

Qazaxıstan təngəsiQazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir.

Təngə
Теңге
Əskinasların nümunəsi 2006-cı il
Kod və simvol
ISO 4217 kodu KZT (398)
Simvol
Dövriyyə ərazisi
Emitent ölkə  Qazaxıstan
Əvəzedici və paralel vahidlər
Kiçik Tiın (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1, 2, 5, 10, 20, 50, 100 təngə
Əsginas 200, 500, 1000, 2000, 5000, 10 000 təngə
Tarixi
Dövriyyəyə buraxılma 15.11.1993
Əvvəlki valyuta SSRİ rublu (SUR) / Rusiya rublu (RUR)
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Qazaxıstan Milli Bankı
  nationalbank.kz
Əskinasları çap edən Qazaxıstan Respublikası Milli bankının əskinas fabriki
  bf.kz
Sikkəxana Qazaxıstan sikkəxanası
  kmd.kz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır.

Qazaxıstan təngəsi üçün yeni simvol.

Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub. 2006-cı ilin payızında Qazaxıstan Milli Bankı Qazaxıstan təngəsinin şəkli üçün yarışma təşkil edib və 30,000-dən çox müraciət qəbul olunub. 29 mart 2007-ci ildə Qazaxıstan Milli Bankı Qazaxıstan təngəsinin yaradılması uğrunda qalib kimi Almatıdan Vadim Davıdenko və Sanjar Əmirxanov adlı iki dizaynerin adını açıqlayıb. Onlar mükafat kimi 1 milyon təngə və Qazaxıstan təngəsi simvolunun "valideynləri" adını bölüşüblər.[1]. Bu bir növ Yapon poçt markasını xatırladır.

Sikkələr əvvəllər Almaniyada zərb olunurdu, hazırkı sikkələr isə Öskəməndə yerləşən Qazaxıstan sikkəxanası tərəfindən ölkə daxilində zərb olunur.

Birinci seriya (1993)

[redaktə | mənbəni redaktə et]

1993-cü ildə, 2, 5, 10, 20 və 50 tıyın nominallı sikkələrin birinci seriyası milli emblem həkk olunmuş şəkildə bürüncdən zərb olundu. 1, 3, 5, 10 və 20 təngə mifik heyvanlar təsvir olunmuş şəkildə mis-nikel qarışığından zərb olundu. Bu dövrün sikkələri aşağı nominallı kağız təngələrlə yanaşı dövriyyə olundu.

Şəkil Nominal Material Diametr, mm Qalınlıq, mm Kütlə, q Kənar Dövriyyə vaxtı
2 tıyın
bürünc L-80
17,27
1,3
2,26
hamar
1 mart 1994
5 tıyın
10 tıyın
19,56
1,6
3,48
20 tıyın
21,87
1,7
4,71
50 tıyın
25
2
7,43
1 təngə
Nikel-gümüş
17,27
1,3
2,26
hamar
25 oktyabr 1995 -
1 oktyabr 2001
3 təngə
19,56
1,6
3,48
5 təngə
21,87
1,7
4,71
10 təngə
25
2
7,43
20 təngə
31
11,37
kəsik-kəsik

İkinci seriya (1995)

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə sikkələrin yeni seriyası təqdim olundu. 100 təngə özünə bərabər kağız pulu əvəz edərək 2002-ci ildə təqdim olunub. 2013-cü ildə aşağı nominallı sikkələrin xəlitələri dəyişib. Hazırda dövriyyədə olan sikkələr aşağıdakılardır:

Qazax təngəsinin ikinci seriyası(1997–bu günədək)[2]
Şəkil Dəyər Texniki parametrlər Təsvir Vaxtı
Diametr Çəkisi Tərkib Haşiyə Üst tərəf Əks tərəf zərb olunma buraxılma
1 təngə 15 mm 1,63q Nikel gümüş xəlitəsi, sarı rəngli Düz Dəyəri İl, Qazaxıstan gerbi 1997~günümüzədək 11 Noyabr 1998
2 təngə 16 mm 1,84 q
5 təngə 17,27 mm 2,18 q
10 təngə 19,56 mm 2,81 q
20 təngə 18,27 mm 2,9 q Nikel gümüş xəlitəsi, ağ rəngli Novşəkilli Dəyəri İl, Qazaxıstan gerbi 1997~günümüzədək 11 Noyabr 1998
50 təngə 23 mm 4,7 q
100 təngə 24,5 mm 6,65 q Daxili halqa: Nikel gümüş xəlitəsi, ağ rəngli
Xarici halqa: nikel və misin xəlitəsi, sarı rəng.
Novşəkilli - «СТО ТЕНГЕ - ЖYЗ ТЕҢГЕ» (100 təngə) 2002~günümüzədək 1 İyul 2002

Xatirə sikkələri

[redaktə | mənbəni redaktə et]

Xatirə sikkələri 20, 50, 100, 500, 1,000, 2,500, 5,000 və 10,000 təngə nominalında buraxılıb. Qızıl və gümüş külçə sikkələr 1, 2, 5, 10, 20, 50 və 100 təngə nominalında mövcud olub. 20 və 50 təngə xatirə sikkələrinin çoxu mis-nikeldən zərb olunurdu.

200 təngə (köhnə dizayn)

1993-cü il seriyası

[redaktə | mənbəni redaktə et]

15 noyabr 1993-cü ildə Qazaxıstan Milli Bankı 1, 2, 5, 10, 20 və 50 tıyın, 1, 3, 5, 10, 20, və 50 təngə adlı pulları dövriyyəyə buraxıb. 100 təndə bundan qısa müddət sonra buraxılıb. Bunun ardınca isə 200, 500, 1000 təndə kağız pullar buraxılıb. 2000 təngə kağız pul 1996-cı, 5000 təngə 1999-cu, 10000 təngə isə 28 iyul 2003-cü ildə təqdim edilib. Hazırda dövriyyədə olan kağız pullar aşağıdakılardır:

Maraqlıdır ki, 200 təngə əsginasın arxa tərəfində mətn Qazax dilində yazılıb, digər əsginasların arxa tərəfində mətn Rus dilində yazılıb.


1993 Seriyası
Şəkil Dəyər Əsas rəng Təsvir Vaxt
Üst tərəf Əks tərəf Üst tərəfi Əks tərəf Üst tərəf Əks tərəf buraxılma ləğv edilmə
1 tiın Qazax dilində nominalın adı, qeyri-adi həndəsi dizayn fonlu qazax dilində nominalın adı, Qazaxıstan gerbi, qeyri-adi həndəsi dizayn fonlu 1993 2001
2 tıyın
5 tıyın
10 tıyın
20 tıyın
50 tıyın
1 təngə tünd göy rəngli çəhrayı Əbunəsr Farabinin portreti Əbunəsr Farabinin həndəsi formulları və çertyojları 2012-2018[3]
3 təngə yaşəl, qəhvəyi yaşıl Süyinbay Aronulının portreti Alataunun mənzərəsi
5 təngə qəhvəyi sarı, qırmızı Qurmanğazı Sağırbayulının portreti Məqbərə
10 təngə tünd göy rəngli çəhrayı Çokan Vəlixanovun portreti Oqjetpes dağı
20 təngə tünd qəhvəyi rəngli qəhvəyi Abay Qunanbayulının porteti Abay Qunanbayulının əsərlərindən götürülmüş insanla berkutun illüstrasiyaları
50 təngə açıq qəhvəyi qəhvəyi Əbilxayır xanın portreti Manğıstau vilayətindən qayaüstü rəsmlər
100 təngə bənövşəyi çəhrayı Abılay xanın porteti Əhməd Yasəvi türbəsi
200 təngə qəhvəyi, qırmızı sarı, göy Əbunəsr Farabinin portreti Əhməd Yasəvi türbəsi 1994
500 təngə tünd göy, göy göy, bənövşəyi Əbunəsr Farabinin portreti Əhməd Yasəvi türbəsi
1,000 təngə yaşıl, qırmızı yaşıl, göy, qırmızı Əbunəsr Farabinin portreti Əhməd Yasəvi türbəsi
2,000 təngə yaşıl, göy yaşıl, qəhvəyi Əbunəsr Farabinin portreti Əhməd Yasəvi türbəsi 1996
5,000 təngə qəhvəyi bənövşəyi qəhvəyi Əbunəsr Farabinin portreti Əhməd Yasəvi türbəsi 1998
10,000 təngə göy göy, qəhvəyi Əbunəsr Farabinin portreti Dağların fonunda təsvir olunmuş İrbis 2003

2006-cı il seriyası

[redaktə | mənbəni redaktə et]
Bəzi 2000 təngə əsginaslarda "банкі" (bank) sözü səhvən "банқі" (banqi) kimi yazılıb.

Qazaxıstan Milli Bankı 2006-cı ildə əsginasların yeni seriyasını buraxdı. Onlar əvvəllər mövcud olmuş əsginaslar kimi eyni dəyərə malik idilər. Əsginasların 2006 seriyası sələflərindən daha ekzotik görünüşə malik idi. Üst tərəfində nominalın dəyəri şaquli istiqamətdə yazılıb. Bütün əsginasların üzərində Astana Bayterek abidəsi, Qazaxıstan bayrağı, gerbi, açıq ovuc içərisində prezident Nazarbayevin imzası və himndən fraqmentlər təsvir olunub. Hər bir əsginasdakı əsas fərqlər yalnız rəng, dəyər və naxışlardır.

Əsginasın əks tərəfindəki fərqlər daha çox nəzərə çarpır. Əsginasın dəyəri rus dilində yazılıb. Hər bir əsginasda Qazaxıstan sərhədləri daxilində Qazaxıstanın coğrafiyası və Qazaxıstandakı nadir binalar göstərilir.

2006-cı ildə buraxılan 2000 və 5000 kağız təngələrin birinci çapı zamanı "bank" sözündə orfoqrafik səhv var idi. Orfoqrafik səhv Qazax dilinin mədəni və siyası önəmliyinə görə siyasi cəhətdən həssas məsələ idi.[4]


2006-cı il seriyası
Şəkil Dəyər Əsas rəng Təsvir Buraxılma vaxtı
Üst tərəf Əks tərəf Üst tərəf Əks tərəf
200 təngə narıncı Astana Bayterek abidəsi, Qazaxıstan bayrağı, gerbi, açıq ovuc içərisində prezident Nazarbayevin imzası və himndən fraqmentlər, Kazax dilində sözlə və rəqəmlə dəyər, buraxan bankın adı, Qazax dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. İşim çayı üzərindəki körpüdə qanadlı İrbis və Nəqliyyat və Rabitə Nazirliyi, Müdafiə Nazirliyinin binası və fonda Qazaxıstan çöllükləri, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. 2006
500 təngə göy Maliyyə Nazirliyi və Astana Akimatının binası , fonda Qazaxıstanın xəritəsinin konturu üzərində dəniz üzərində təsvir olunmuş qağayılar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir.
1,000 təngə qəhvəyi Prezident mədəniyyət mərkəzinin binası, fonda Qazaxıstan xəritəsinin konturu üzərində dağlar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir.
2,000 təngə yaşıl Abay Opera binası, fonda Qazaxıstan xəritəsinin konturu üzərində dağ gölü, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir.
5,000 təngə qırmızı İstiqlal Abidəsi və Qazaxıstan Mehmanxanası, fonda Qazaxıstan xəritəsinin konturu üzərində dağlar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir.
10,000 təngə bənövşəyi Ak Orda Prezident Sarayı,fonda Qazaxıstan xəritəsinin konturu üzərində kanyonlar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir.

Xatirə əsginasları

[redaktə | mənbəni redaktə et]
  • 5,000 təngə (2001)

5,000 təngə 2001-ci ildə SSRİ-dən ayrılmasının 10-cu ildönümünə görə buraxılıb.

  • 5,000 təngə (2008)

5,000 təngə 2008-ci ildə Qazaxıstan təngəsinin 15 illiyinə xatirə kimi buraxılıb.

  • 1,000 təngə (2010)
1,000 təngə əskinas ATƏT-ə Qazaxıstanın Sədrliyi şərəfinə 2010-ci ildə buraxılıb (ön tərəf).
1,000 təngə əskinas ATƏT-ə Qazaxıstanın Sədrliyi şərəfinə 2010-ci ildə buraxılıb (arxa tərəf).


  • 1,000 təngə (2011)
  • 2,000 təngə (2011)

2,000 təngə əsginaslar 2011-ci ildə Astanada 7-ci Asiya Qış Oyunlarına xatirə kimi buraxılıb.

  • 10,000 təngə (2011)

10,000 təngə əsginaslar 2011-ci ildə SSRİ-dən ayrılmasının 20-cu ildönümünə görə buraxılıb.

  • 1,000 təngə (2013)

1,000 təngə əsginaslar 2013-cü ildə “Kul Tigin”ə xatirə kimi buraxılıb (Qədim Türk yazısı abidəsi).

2011-2014-cü il seriyası

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan Milli Bankı 2011, 2012, 2013 və 2014-cü illərdə 1,000, 2,000, 5,000, və 10,000-təngə əsginasların yeni seriyasını buraxdı.[5][6][7][8]

2008-ci ildən etibarən Astananın ev sahibliyi etdiyi 2011 Asiya Qış Oyunlarının şərəfinə xatirə dizaynlı kağız əsginaslar buraxılıb.

Mübadilə dərəcəsi və inflyasiya

[redaktə | mənbəni redaktə et]

2014-cü il fevralın 11-də Qazaxıstan Milli Bankı Rusiya rublunun zəifləməsinə cavab olaraq ABŞ dollarına nisbətən 19%-dək təngənin devalvasiyasını seçdi.[9]

Hazırkı KZT mübadilə məzənnəsi
Google Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = RUBKZT RUB = CNYKZT CNY
Yahoo! Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&to=KZT RUB = CNY&to=KZT CNY
XE.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&From=RUB&To=KZT RUB = 1&From=CNY&To=KZT CNY
OANDA.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&exch=RUB&expr=KZT RUB = 1&exch=CNY&expr=KZT CNY
fxtop.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&C2=KZT RUB = CNY&C2=KZT CNY
Currency.wiki əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD RUB CNY
  1. Press-reliz Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Qazaxıstan Respublikasının Milli Bankı 29.03.2007 il tarixli № 12.
  2. Qazaxıstan Milli Bankı. Valyuta. Olan :http://www.nationalbank.kz/?docid=29&cat_id=7 Arxivləşdirilib 2014-07-28 at the Wayback Machine
  3. "Arxivlənmiş surət". 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-28.
  4. "Kazakh central bank misspells 'bank' on money". 2012-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
  5. Kazakhstan new date (2012) non-commemorative 10,000-tengé note confirmed Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine BanknoteNews.com. 23 iyun, 2012. İstifadə tarixi 29-03-2015.
  6. Kazakhstan new 5,000-tengé note confirmed Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine BanknoteNews.com. 12 fevral, 2012. İstifadə tarixi 29-03-2015.
  7. Kazakhstan new 2,000-tenge note confirmed Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine BanknoteNews.com. 8 aprel, 2013. İstifadə tarixi 29-03-2015.
  8. Kazakhstan new 1,000-tenge note confirmed Arxivləşdirilib 2015-02-04 at the Wayback Machine BanknoteNews.com. 5 yanvar, 2015. İstifadə tarixi 29-03-2015.
  9. Kazakhstan devalues tenge by almost 20% Arxivləşdirilib 2022-12-27 at the Wayback Machine, 11 Fevral 2014

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]