Ceyran Mahmudova
Ceyran Mahmudova | |
---|---|
Fayl:Ceyran Mahmudova.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Emin Sabitoğlu |
Fəaliyyəti | musiqişünas |
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.
Həyatı
Ceyran Mahmudova 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982-87-ci illərdə təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib.
1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb.
AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir.
2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir.
30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.[1]
- Bəstəkar Emin Sabitoğlunun qızıdır.[2]
- Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsidir.
Yaradıcılığı
- Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, "Deniş", 1990;
- Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., "Qobustan" toplusu, №1, 1991;
- Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun "Xəbərlər" toplusu. B., №1, 1997;
- Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. "Xəbərlər". B., №1, 1998;
- Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair. "Xəbərlər". B., №1, 1998;
- Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. "Xəbərlər". B., №1, 2000;
- Mahnılarda yaşayan poeziya. "Musiqi dünyası" jurnalı. №2, 2000;
- Rəsul Rza və Azərbaycan musiqisi. "Qobustan" toplusu. №2, 2001;
- Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. "Musiqi dünyası". №3-4, 2001;
- Zərif gözəllik qəlb sirdaşı… /C.Cahangirov/, "Musiqi dünyası". №3-4, 2001.
- Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.
- Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 - 2001).
- Dövri mətbuatda məqalələr (1990 - 2001).[3]
Filmoqrafiya
Həmçinin bax
İstinadlar
- ↑ President.Az. "C.E.Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30.07.2018. İstifadə tarixi: 2018-07-30.
- ↑ "Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik"". 2013-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
- ↑ Azərbaycan Bəstəkarlar və Musiqişünaslar birliyi - Ceyran Mahmudova