Mirzə Bəybaba Fəna

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) (→‎Həmçinin Bax) tərəfindən edilmiş 13:26, 5 mart 2010 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
MİRZƏ BƏYBABA FƏNA
Doğum tarixi 1787
Doğum yeri
Vəfat tarixi 1867
Vəfat yeri
Fəaliyyəti şair

|}

Mirzə Bəybaba Fəna (1787-) şair, Fatma xanım Kəminənin atası


Həyatı

Mirzə Bəybaba bəy Mirzə Əliyar bəy oğlu 1787-ci ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Böyük xanın yanında katib işləyirdi. Mirzə Bəybaba gözəl xəttat idi. Şuşa şairlərinin cüngünü tərtib etmişdi. Bir neçə kitabın üzünü köçürmüşdü.

Mirzə Bəybaba bəy Cahan xanımla ailə qurmuşdu. Mehdi bəy, Yəhya bəy adlı oğulları, Fatma xanım adlı qızı vardı.

Mirzə Bəybaba bəy şair idi. Fəna təxəllüsü ilə şeir yazırdı. Fənanın şeirlərində gülləmə.


Yaradıcılığı

Elə ağ gərdəni fil sümüyü tək saf olan, Qara xalın hind şahından xərac alar.

Əzəl gündən qaşların aşiqlərə səcdəgahı olub, Gözəl gözlərin Çinü Maçinə bacü xəracı tərgidib.

Sənin hüsnünü Allah elə misilsiz yaradıb ki, Gözəllərin bazarı sənin gözəlliyindən həmişə rəvac olar.

Evə sarı gəlsən, günəş, gözə görünməz, Günəşin qarşısında çıraq nəyə bənzər?

Qəddin Kəbədir, qara xalın-qara daş, Həcc və könül aşiqləri başına fırlananlar.

Hicran küləyi iman evini xarab etdi, Əgər üzünü görsəm, yenə şad ollam.

Ta can var canda, sevgin ürəkdən çıxmaz, Çünki can və ürək əzəldən birləşiblər.

Hicridən Fəna çox mehnət görüb, heç sorma, Ya Rəb, rəhm et, vəslinə çatdır, əlac et!

Mirzə Bəybaba Qasım bəy Zakirə həcv yazmışdı. Baba bəy Şakir şeirlərinin birində ona «qulaqburması» vermişdi:

Xəlqi dilgir edəni həqq özü dilgir eylər; Kimiyə tezlik ilə, bəzisinə dir eylər, Bəd dua adama axır belə təsir eylər. Pənah, allaha pənah, gör neçə təqrir eylər Əliyar oğlu belə sarı səkil maydanı.

Həmçinin bax