Hacıbaba Məmmədov

Vikipediya saytından
Grenzsoldat (müzakirə | töhfələr) (foto silinir) tərəfindən edilmiş 12:26, 10 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Hacıbaba Məmmədov
Fəaliyyəti Aktyor
Mükafatları "Tərəqqi" medalı — 2019

Hacıbaba İsmayıl oğluMəmmədov — Akademik Milli Dram Teatrın direktor müavini, aktyor.

Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olmuşdur. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib.

1989-2000-ci illərdə “YUĞ” Teatrında aktyor, 2000-2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003-2010-cu illərdə “Qanun” MMC-də mətbəə müdüri, 2010-2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.

  1. Nekroloq (film, 2001)
  2. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
  3. Üfüqü ötənlər (film, 2011)
  4. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol)
  5. Sübhün səfiri (film, 2012)