Hacıbaba Məmmədov

Hacıbaba İsmayıl oğluMəmmədov — Akademik Milli Dram Teatrın direktor müavini, aktyor.

Hacıbaba Məmmədov
Fəaliyyəti Aktyor
Mükafatları "Tərəqqi" medalı — 2019

Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olmuşdur. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib.

1989–2000-ci illərdə "YUĞ" Teatrında aktyor, 2000–2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003–2010-cu illərdə "Qanun" MMC-də mətbəə müdiri, 2010–2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.

  1. Nekroloq (film, 2001)
  2. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
  3. Üfüqü ötənlər (film, 2011)
  4. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol)
  5. Sübhün səfiri (film, 2012)